Ukrayna Silahlı Qüvvələri Xarkovda dövlət sərhədinin yaxınlığındadır.
Tv 713. az xəbər verir ki, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
“Xarkov vilayətinin şimal-şərqi... Ukrayna qüvvələri həqiqətən də əks-hücuma keçib. Biz artıq sərhədin yaxınlığındayıq. Ümid edirik ki, yaxın günlərdə dövlət sərhədinə çıxmağı bacaracağıq”, - deyə Denisenko bildirib.
***
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb.