DataLife Engine / Fransada seçkilər: ilkin nəticələr açıqlandı

Fransada seçkilər: ilkin nəticələr açıqlandı




Fransada seçkilər: ilkin nəticələr açıqlandı

Fransada baş tutmuş parlament seçkilərinin birinci turunun ilkin nəticələri açıqlanıb.

Tv 713. az xəbər verir ki, "Elabe" sosioloji xidmətinin proqnozuna görə, solçu Yeni Xalq Ekoloji-Sosial Birliyi (NUPES) koalisiyasının nümayəndələri səs çoxluğu qazanıblar.

Məlumata görə, "Tabe olmayan Fransa" solçu partiyanın lideri Jan-Lük Melenşonun təşəbbüsü ilə yaradılmış NUPES koalisiyasının nümayəndələri 26,2%, "Birgə!" hakim koalisiyasının namizədləri 25,8% səs toplayıb.

Bununla belə, Fransada majoritar seçki sisteminin xüsusiyyətlərinə görə, hakim koalisiya parlamentdəki yerlərin əksəriyyətini saxlayacaq.

13-06-2022, 07:37
Вернуться назад