DataLife Engine / Şəhid övladlarının Həsən Amilinin yanına aparılması XƏYANƏTDİR

Şəhid övladlarının Həsən Amilinin yanına aparılması XƏYANƏTDİR


Şəhid övladlarının Həsən Amilinin yanına aparılması XƏYANƏTDİR




Bilmirəm bu müraciətə kim cavab verəcək, Dövlət Təhlükəsizliyi Xidməti, Yaşat fondu yaxud da Ailə qadın və uşaq problemləri üzrə komitə yaxud kim. AMMA kimsə buna cavabdeh olmalıdır. Şəhid övladlarından sui istfadəyə nəinki son verilməli, onların görüşə aparıldığı şəxslər də ciddi araşdırılmalıdır. Bu fotoya baxın. 44 günlük müharibədən də öncə Azərbaycanı hədələyən, müharibə dövründə Azərbaycan əleyihinə danışan və müharibədən sonra bizə hədə qorxu gələrək "şirin quyruğu ilə oynamayın" deyən Ərdəbildə yaşayan, özünü imam adlandıran bu Seyid Həsən Amili şəhid balaları ilə görüşüb özünü reklam edir.
“İran öz gücü ilə Azərbaycanı kül kimi göyə üfürər” deyən bu şərəfsiz Amilinin yanına kim aparıb şəhid balalarını? Hansı güc hansı siyasi qanad bu Qəhrəman Ataların övladlarını öz maraqlarına uyğun istifadə edir?

Biz illərdir susuruq, eləcə də Azərbaycan dövləti İranın bütün işğalçı və şovinist siyasətinə qarşı dözüm göstərir. Biz daima, odun üzərinə yağ yox, su tökməyə çalışmışıq. Dövlətimiz də hər zaman münasibətləri mülayimləşdirmək yolu tutub, bu yöndə səylərini əsirgəməyib. Müsəlman İranın xristian və təcavüzkar Ermənistanla mehriban qardaşlıq münasibətləri Azərbaycanda hər zaman haqlı narazılıq doğurub, müxtəlif səviyyələrdə ifşa olunub, cəmiyyət, xalqımız öz prinsipial mövqeyini ortaya qoyub, ancaq dövlətimiz dinc yanaşı yaşamaq, münasibətləri gərginləşdirməmək prisipindən çıxış edərək, məsələləri diplomatik üsullarına yoluna qoymaq xətti tutub.
Bizim dövlətin və bizim xalqın susması o demək deyil ki, bizə ƏMANƏT olan ŞƏHİD balalarını İranın Azərbaycana qarşı aqressiyasını göstərən və bizim bir nömrəli düşmənimiz olan Amilinin yanına aparıb onunla görüşdürmək lazımdır. BU uşaqların ataları torpaq uğrunda can qoyarkən İRAN adlanan dövlətin Amili kimi nadanları ermənilərə dəstək olur, onlara yardım edir, silah, yemək, qaz, işıq və hər cürə dəstək göstərirdilər. Şəhid övladlarının məhz Amilinin yanına aparılması XƏYANƏTDİR o can qoyan ŞƏHİDLƏRƏ....
Bu gül balaları ora getməsinə KİM İZN VERİB? VERİBSƏ də HANSI ƏSASLA? Sərhədİ NECƏ KEÇİBLƏR? KİMİN HİMAYƏSİNDƏ KEÇİBLƏR???? CAVAB VERİN

Dosent Zaur Əliyev
15-06-2022, 02:12
Вернуться назад