DataLife Engine / "NATO-da Türkiyə qədər terrordan əziyyət çəkən ölkə yoxdur"

"NATO-da Türkiyə qədər terrordan əziyyət çəkən ölkə yoxdur"






"NATO-da Türkiyə qədər terrordan əziyyət çəkən ölkə yoxdur"


Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciəti tarixi andır, alyans bundan istifadə etməlidir.

Tv 713. az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq “Bild”ə müsahibəsində deyib.

O bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulması təkcə onları deyil, bütün alyansı gücləndirəcək:

“Türkiyə NATO-nun vacib ölkəsidir, Avropa, Rusiya, İraq və Suriya arasında strateji əhəmiyyət daşıyır. NATO ölkələri, İsveç, Finlandiya və AB PKK-nı terror təşkilatı kimi tanıyır. Amma NATO-da elə dövlət yoxdur ki, Türkiyə qədər terrordan əziyyət çəksin. Məhz buna görə NATO Türkiyənin narahatlığına çox ciddi yanaşır və vəziyyətin həlli üçün bütün imkanlardan istifadə edir”.
19-06-2022, 14:47
Вернуться назад