DataLife Engine / Taleh Bağırzadənin "yolu" və millətin dözüm həddi

Taleh Bağırzadənin "yolu" və millətin dözüm həddi


Taleh Bağırzadənin "yolu" və millətin dözüm həddi

İLQAR ALTAY
hüquqşünas


Faşist Hitler, impotent də yolundan dönmür!

2 il yarım əvvəl terrorbaşı türk düşməni Kasim Söleimani öldürüləndə, Taleh türmədən açıq söylədi ki: vaay, sərkərdəmiz şəhid oldu, mən Soleimaninin əsgəriyəm! Cəmil Həsənli irad tutdu ki, Mmilli Şora üzvü olması ilə Taleh yanlış edir,

Əli Kərimli də Cəmil bəyin mövqeyində dayandı, "islamçılarla" ara pozuldu, sonra Taleh də MŞ üzvlüyündən çıxdı.

İndi birdən-birə belə inad, həvəslə yenə, İran rejimiçisi Taleh Bağırovun dəstəyini təşkil etmək heç də elə-belədən ola bilməz, konkret maraq olmasa.

Çox praktik və praqmatik, çox xeyrini güdən insandır, şəxsən yaxından tanıyıb, bilib deyirəm. Demokratları da insan haqları adı ilə qoşub bu işə. İran da bu, "allah-allah" oyunu kampaniyasına külli miqdar vəsait, pul ayırıb.

Bax, belə, birisi Allah adı ilə səhnə düzəldir, digəri İnsan Hüquqları adı ilə onu alqışlayır. İkisi də rola girib Xamnei ssenarisində...

Bəhanə də tapıb, bəraət üçün deyirlər ki, ləyaqətlidir, mərddir, qəti yolundan dönmür türmədə də olsa.

Baxır, hansı yoldan!

Faşist Hitler də yolundan qəti dönmədi çöküb ölənəcən millətləri qırdı, sobada tam yandırdı. İmpotent pedofil də yolundan qəti dönmür, 10 yaşlı qız uşağını 45 gün zülm-əzabda saxlayır, barmaqlayıb da, "orqazmını söndürür", sonra qətl edib yandırır. Ləyaqətdir, mərdilkdir, bu?!

Azərbaycanı qap-qara molla zülmətinə, zülm, siğə dövlətinə döndərmək? Öz qohum, yerlisi Mircəfər Bağırovun yerini tutmaq? Yenə, milli türk kimliyini əzərək deformasiya edib, başqa hegemonluğun ayağına, ixtiyarınamı vermək?

Alınmaz! Getdi, o günlər, Azərbaycanın xalqı, dövləti ayaqdadır, süpürüb atar, necə ki, çox bu cür oyunları çıxardıb dirəşən, Şuşada yallı gedən erməniyə dözdü-dözdü, Qarabağdan süpürdü atdı. Hər şeyin bir dözüm həddi var, nə qədər bu millətin hisslərilə oynamaq olar?


P. S.
Biraz sərt çıxdısa üzrlü sayılsın, mövzu sərtdir.
21-06-2022, 09:45
Вернуться назад