DataLife Engine / Köniqsberq, yoxsa Kalininqrad?

Köniqsberq, yoxsa Kalininqrad?


Köniqsberq, yoxsa Kalininqrad?



Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının rəhbəri Sergey Mironov Kalininqrad vilayətinin adının dəyişdirilməsi barədə təklif verib.

Tv 713. az Teleqraf.com-a istinadla xəbər verir ki, siyasətçi Kalininqrad şəhərinə Vladibaltiysk, Kalininqrad vilayətinə isə Baltikyanı ərazi adının verilməsini təklif edib.

"Bu addan dərhal aydın olur ki, söhbət vətənimizin ucqar qərb sərhəddində, Sakit okeandan Baltikə qədər uzanan forpostdan gedir", - Dövlət Dumasının deputatı deyib.

Kalininqrad vilayətinin səlahiyyətliləri buna cavab olaraq bildiriblər ki, hazırda bölgənin adının dəyişdirilməsi ilə bağlı müzakirələr yersizdir və vilayət mərkəzi artıq layiqli bir ada malikdir.

76 il əvvəl, 1946-cı il iyulun 4-də Köniqsberq vilayətinin adı dəyişdirilərək Kalininqrad adlandırılıb. Baltik respublikalarının əhatəsində anklav kimi qalan Rusiya Federasiyasının Kalininqrad vilayətinin mərkəzi olan Köniqsberq şəhəri Almaniyanın Şərqi Prussiya əyalətinin mərkəzi olub. 1945-ci il Potsdam konfransının qərarı ilə SSRİ-yə verilib və sonra Kalininqrad adlandırılıb. Sovet İttifaqı dağıldıqdan sonra bütün şəhərlərin əski adları qaytarılsa da, Köniqsberqin adı nə şəhərə, nə də vilayətə qaytarlıb.

5-07-2022, 10:10
Вернуться назад