DataLife Engine / Günün zərurəti: SABİR RÜSTƏMXANLININ MÖVQEYİ

Günün zərurəti: SABİR RÜSTƏMXANLININ MÖVQEYİ



Günün zərurəti: SABİR RÜSTƏMXANLININ MÖVQEYİ


İGİD TEYMURLU

"-KƏRAN", YOXSA "-AĞARAN"?



Dövlətin aidiyyatı instansiyaları və mütəxəssislər bu məsələyə son qoymalı, toponimlərimizdə qanunsuz olaraq dəyişikliklər edilibsə, yerli bələdiyyələr və icra strukturları, eləcə aidiyyatı şəxslər barədə birbaşa cinayət işi QALDIRILMALIDIR...

Hər kəndə gələndə "Bələt boğazı"ndan yuxarı qalxanda "ODURAKƏRAN" yazısıyla rastlaşanda ÇİN vurur başıma. Bildiyim qədərində bu əl işi yerli bələdiyyənindir....

Bu məsələ ilə bağlı dəfələrlə yazılar yazıb soru soruşsam da, aydınlarımız, mütəxəssislərimiz eşitməz olub, yerli əhalisə bunca problem ola-ola bunu lüzumsuz bir şey sanıb. Çoxları fərqində deyil Kİ, məhz toponimlərin dəyişdirilməsi yoluyla milli varlığımıza qənim kəsilmə düşmənlərimizin taktika və strategiyalarında əsas yer tutur. Məhz bunu nəzərə alaraq bilərəkdən, ya da bilməyərəkdən TOPONİMLƏRİMİZİN dəyişdirilməsi məsələsinə çox ehtiyatla yanaşmalıyıq..

ODURAĞARAN CAMAATI KİMİ!!!

Məsələyə münasibətdə tarixçi professorumuz, Yardımlının deputatı hörmətli MUSA QASIMLI və sosial şəbəkələrdə, mətbuatda olan Musaqasımlışünaslar o iddiada bulunublar Kİ, "bəs bu kateqoriyadan olan məsələlərin Milli Məclisdə müzakirəsi Musa Qasımlıdan əvvəl - 2012-ci ildə olub"...

YƏNİ, HÖRMƏTLİ SABİR RÜSTƏMXANLININ MİLLİ MƏCLİSDƏ YARDIMLINI TƏMSİL ETDİYİ DÖNƏMDƏ (yeri gəlmişkən, mətbuatımızdakı Musaqasımlışünaslar da bunu mənə ironik bir şəkildə bildiriblər)....

Maraqlıdır, bununla bağlı çox hörmətli SABİR RÜSTƏMXANLInın mövqeyi necədir və ümumiyyətlə konkret olaraq MM-də bu məsələ ilə ilgili hansısa bir qərar olubmu?

DƏYƏRLİ SABİR RÜSTƏMXANLI, BU MƏSƏLƏDƏ MÖVQEYİNİZİ ORTAYA QOYMAQ GÜNÜN ZƏRURƏTİDİR!!!

Olubsa...., taleyimizlə barışaq və gələcək nəslə başımıza gələnlərə bağlı bir xatirə göndərək...

Yox olmayıbsa, "Bələt boğazı"ndan yanlışcasına yazılan "ODURAKƏRAN" adının yığışdırılmasını aidiyyatı KƏSLƏRDƏN xahiş və vətəndaş olaraq tələb edirəm! Dövlətin aidiyyatı instansiyaları və mütəxəssislər də bu məsələyə cəmiyyət üçün aydınlıq olsun deyə birdəfəlik son qoymalıdır.
29-07-2022, 00:32
Вернуться назад