Bakı şəhəri Salatın Əsgərova küçəsi 106 ünvanda 2 otaqlı, sahəsi 52 kv olan mənzildə daimi pasport qeydiyyatında yaşayan ailə bu gün hansısa işbazın günahı üzündən evsiz qalıb. Həmin evdə 4 nəsl yaşayan ailə birdən-birə mənzillərindən çıxarılaraq küçələrdə qalmağa məcbur edilib Hara müraciət etsələr də, şikayətlərinə məhəl qoyan tapılmır. Əslində Məhkəmələr bu ailənin haqqını tanıyıb. Lakin qoçu şirkət Məhkəmələrin ədalətli qərarını tanımaqdan imtina edir.
Tv 713. az xəbər verir ki, bu barədə "Həftə-İçi" qəzetinə şikayət ərizəsi ilə müraciət edən Bakı şəhəri, Pirşağı qəsəbəsində müvəqqəti məskunlaşmış Əli Əliyev və onun həyat yoldaşı Tamilla Əliyeva məlumat verib.
Adıçəkilən şəxslər hüquq mühafizə, məhkəmə orqanlarına müraciətl etsəkər də, hansısa biznesmen tərəfindən pozulmuş hüquqları hələ də bərpa edilməyib.
Əliyevlər ailəsi həm evlərinin əllərindən alınması, həm də ailə başçısı Əli Əliyevin sağlıq durumunun ağırlaşaraq yataq xəstəsi olması üzündən hədsiz üzüntü və həyacan içində yaşayırlar.
Nəhayət, şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Əli Əliyevin həyat yoldaşı Tamilla Əliyeva Prezidentin “problemlərinizi deyin...” çağırışına güvənərək, dövlət başçısına üz tutduğunu deyib.
T.Əliyeva bildirib ki, yoldaşı ağır xəstəlikdən əziyyət çəkir və bu gün öz ata-baba yurdundan çıxarılmasına, haqqını bərpa edə bilməməsinə görə xəstəliyi daha da ağırlaşıb.
T.Əliyeva ahıl yaşlarında öz dövlətində, hansısa şirkətin özbaşınalığı, qanunları çeynəməsi üzündən evsiz qalmalarının heç bir məntiqə sığışmadığını bildirir.
T.Əliyeva onu da bildirib ki, 2018-ci ilin yanvarında İmişli rayonundan sabiq millət vəkili Əsabil Qasımova məxsus və qardaşı Vüqar Qasımov tərəfindən idarə olunan “MALİBO” MMC şirkəti ərazidə “Pilot layihə” adı altında köhnə evlərin yerində hündürmərtəbəli evlər tikiləcəyini deyərək sakinləri ərazidən köçürüblər. Sakinlərlə danışıqları şirkət adından Nicat Sadıqov aparıb.
2018-ci ilin 25 mayında “MALİBO” MMC ilə aralarında bağlanan müqaviləyə görə, göstərilən ünvanda 10-cu blok, 9-cu mərtəbədə Əliyevlərə məxsus 52 kv 2 otaqlı köhnə məzilin əvəzinə onlara təmirsiz 60 kv yeni mənzil veriləcəyi barədə sövdələşmə olub. Şirkət evi 24 aya təhvil vermədikləri təqdirdə hər ay Əliyevlərə 400 manat kirayə haqqı verəcəklərini müqavilədə qeyd ediblər.
Razılığa əsasən şirkət evi söküb. Daha sonra MALiBO-nun rəhbərləri Əliyevlərə verdikləri müqaviləni məhkəmələr yolu ilə ləğv etməyə və ailəni mənzilsiz qoymağa çalışdılar.
T.Əliyeva deyir ki, 4 il müddətində şirkətlə məhkəmə çəkişmələri olub. Üstəlik şirkət ailəyə müvəqqəti narahatlığa görə heç bir kirayə haqqı ödəməyib. Əliyevlərin mənzillərini geri almaq idiası ilə baş vurduğu Nəsimi rayon məhkəməsi, Bakı Apelyasiya və Ali Məhkəməsi “Malibo” MMC ilə Əliyevlər arasında bağlanmış 25.05.2018 tarixli 126 saylı müqaviləni etibarlı hesab edərək, onlara tikiləcək binadan mənzilin verilməsi barədə Qərar qəbul edib.
T.Əliyeva bildirib ki, nəhayət mənzillərinin haqqını almaq üçün 2022-ci ilin aprel ayında Ali Məhkəmənin qərarını əsas tutaraq “Malibo” MMC-nin ofisinə üz tutublar. Onlar Şirkətin meneceri Nicat Sadıqova məhkəmənin qərarını təqdim edib, nəhayət mənzillərinin onlara təhvil verilməsini istəyiblər.
“Nicat Sadıqov bizə bildirdi ki, şirkətin rəhbərləri Əsabil və Vüqar Qasımov qardaşlarının tapşırığına əsasən bizə nə mənzil, nə də kirayə haqqı verilməyəcəkdir. Məhkəmə qərarı onlar üçün əsas deyil, hara istəyirik şikayət edə bilərik”.
Beləcə, çarəsiz nə edəcəklərini bilməyən Əli Əliyev, xanımı Tamilla Əliyeva ökə başçısı İlham Əliyevdən kömək istəyir. Səslərini dövlət başçısına çatdırmaq üçün mediaya üzt tutublar.
“Cənab Prezident İlham Əliyev!
Xahiş edirik, bizi bu dələduzların əlindən qurtarın, haqqımızı qoruyun. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda, şirkət rəhbərliyi Azərbaycanda Qanunları saymır, Qərarı icra etmir!
Özlərini ölkədə Qanundan üstün tutan “MALİBO” MMC-nin vəzifəli şəxsləri barəsində tədbir görülməsində və bizim ailənin mənzillə təmin olunmasında və kirayə haqqı ödənilməsində köməklik göstərməyinizi Sizdən xahiş edirəm. SON ÜMİDİM SİZƏDİR!”.
Beləcə aldadılaraq evləri mənimsənilən Azərbaycan ailəsi son ümid yeri olaraq Prezidentdən kömək istəyiblər.
Tahirə Qafarlı
Tv 713.az