DataLife Engine / ANZOV KƏNDİndən Şəhidliyimizə və sabahımıza baxış

ANZOV KƏNDİndən Şəhidliyimizə və sabahımıza baxış


ANZOV KƏNDİndən Şəhidliyimizə və sabahımıza baxış








YARDIMLIda yaşananlar



Bu gün Azərbaycanda sanki Xeyirlə Şərin, İşıqla Zülmətin mübarizəsi gedir. Bir yanda canını bu yurda fəda edənlər, YURDLAŞAN, VƏTƏNLƏŞƏN oğlanlar, başqa bir yandasa "Difai fədailəri"ni unudaraq onların ruhuna, onların özlərinə, onların yaxınlarına qənim kəsilən məmurların dövlət siyasətinə qarşı çıxan əməlləri. Və bütün bunların fonunda dövlət başçısı İLHAM ƏLİYEVin söylədiyi proqram xarakterli fikri:

"Bütün məsələlərdə, dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur"..

ANZOV KƏNDİndən Şəhidliyimizə və sabahımıza baxış

AMMA VƏ LAKİN

Verilən məlumata görə, "YARDIMLI RAYONUNUN ANZOV KƏNDİndə yerli camaatın gücü hesabına ( dövlətin yox haaa) ərsəyə gələn, Şəhidlərimizin Ruhuna sayğı əlaməti olaraq ucaldılan xatirə kompleksinin açılışında nə Yardımlı rayonunun icra başçısı, nə də Yardımlı rayonundan Milli Məclisə deputat seçilən hörmətli tarixçi professorumuz MUSA QASIMLI iştirak etməyib".


ANZOV KƏNDİndən Şəhidliyimizə və sabahımıza baxış


SUAL OLUNUR:

Əcəba, ən azından təsəlli olaraq Şəhid ailələrilə bir yerdə olmaq, onlara kömək göstərmək təkcə cənab Prezidentin borcudurmu, hörmətli Ayaz Əsgərovla hörmətli Musa Qasımlı?
Axı yerli camaatına da öncə bu kateqoriyadan olan işlərin birbaşa təşəbbüskarı sizlər olmalısınız. Ki, vətəndaşda da dövlətə qarşı özünəgüvənc hissi formalaşsın, vətəndaş dövlətin BABALIQ vəzifəsini layiqincə yerinə yetirməsinin şahidi olsun.
Bu gün bir məmur, yaxud bir deputat Şəhidlərimizə bağlı hansısa tədbirdə iştirak etmirsə, Qazilərimizə, Əlillərimizə soyuq münasibət göstərilirsə, bu, fərdə qarşı deyil, dövlətçiliyimizə, millətçiliyimizə qarşı atılan addım, qayğı göstərməmək və sayğı duymamağın görüntüsüdür. Ki, bunu sərgıləyən də həmin məmurlardır.

QEYD:

İcra başçısının və Musa müəllimin orada iştirak edə bilməmələrinin səbəbı mənə bəlli olmasa da, amma bəlli olan odur ki, bütün işlərdən öncə Şəhid Ruhuna sayğı, Şəhid ailəsinə təsəlli dayanır. Ki, bunu da hörmətli icra başçısıyla hörmətli deputat kənd camaatına da bəlli olmayan səbəblər ucbatından edə bilməyiblər, ya da ki, etməyiblər.

BU DA özlüyündə bilərəkdən, ya da bilməyərəkdən həm azadlıq savaşımıza, həm bu savaşdakı Şəhidliyimizə, həm bu savaşdakı Qaziliyimizə, həm də Bütöv Azərbaycan uğrunda yürüdülən məqsədyönlü siyasətimizə qarşı addımdır. İcra başçısıyla Musa müəllimin faktiki əməlləri bunu zahirən göstərsə də, vətəndaşın dövlətə, dövlətin vətəndaşına olan münasibətlərdə sevgi prinsipi baxımından bu, inanılmazdır.

Bütün bunlar bizim borcumuzdur. Necə ki, bunu dövlət başçımız, cənab İLHAM ƏLİYEV də buyurmuşdur:

"Şəhidlərimiz və onların yaxınları daim diqqət mərkəzində olmalıdırlar. Mən Prezident kimi bütün dövlət qurumlarına bunu tapşırmışam, bu gün də mənim sözlərimi eşidirlər. Bu, bizim borcumuzdur".

İnanırıq ki, bu anlaşılmazlıqlar fonunda hər kəs öz borcunu layiqincə yerinə yetirəcək və bütün qaranlıqlara aydınlıq gətiriləcək. Dövlət başçımızın proqram xarakterli fikri hər kəsin fəaliyyətində prioritet olacaq...


İgid Teymurlu
Tv 713. az
11-08-2022, 15:34
Вернуться назад