Ukrayna Prezidenti Vladimir Zelenski hərbi ekspertləri müdafiə planlarının təfərrüatını açıqlamamağa çağırıb.
Tv 713 .az xəbər verir ki, dövlət başçısı bu barədə xalqa müraciətində bildirib.
"Ümumi qayda sadədir: müharibə, şübhəsiz ki, boşboğazlıq və səs-küylü bəyanatlar vaxtı deyil. Müdafiə planlarımız haqqında nə qədər az təfərrüat versəniz, bu, planların həyata keçirilməsi üçün bir o qədər yaxşı olar", - o deyib.
"Arxanızda səs-küylü başlıqlar buraxmaq istəyirsinizsə, bu başqa məsələ. Açığı, məsuliyyətsizlikdir. Əgər Ukraynanın qələbəsini istəyirsinizsə, bu başqa məsələ və dövlətimizin müdafiə və ya əks-hücumlarda nəyə hazırlaşdığı barədə deyilən hər sözə görə öz məsuliyyətinizi hiss etməlisiniz”, - Prezident əlavə edib.