Türkiyədən və Türkiyənin müdafiə həmlələrindən şikayət edənlərə sadəcə yazığım gəlir.
Tv 713.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə PUA, qırıcılar, helikopterlər və s. hərbi texniki məhsullar istehsal etməyə davam edəcək:
“Son 20 ildə olduğu kimi, onları öz fitnə-fəsadları ilə baş-başa buraxırıq. Heç kim Yunanıstanda 10-15 Amerika bazası var deyə, tənqid etmir. Qərbi Yunanıstanda hərbi qüvvə toplanır deyə, tənqid etmir. Amma ən aşağı bir səs çıxdığı zaman “Türkiyə Yunanıstanı təhdid edir” deyirlər. Xeyr. Bizə tərs baxıldığı zaman, inciməyin, biz də ona düz baxmarıq. Heç kimə nifrət bəsləmirik”.