DataLife Engine / Azərbaycan Milli Dövlətçilik Partiyasının B Ə Y A N A T I

Azərbaycan Milli Dövlətçilik Partiyasının B Ə Y A N A T I


Azərbaycan Milli Dövlətçilik Partiyasının   B Ə Y A N A T I

Azərbaycan Milli Dövlətçilik Partiyası tanınmış jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsinə etiraz olaraq bəyanat qəbul edib.

Tv 713. az saytı həmin bəyanatın mətnini təqdim edir.

Azərbaycan Milli Dövlətçilik Partiyası ölkədə yürüdülən daxili siyasətdən, iqtisadi, sosial vəziyyətdən, insanların getdikcə daha da acınacaqlı duruma düşməsindən və bu kimi hallara qarşı narazılığını ifadə edən, haqq səsini ucaldıb, etiraz edən şəxslərə qarşı son zamanlar artan siyasi repressiyalara öz etirazını bildirir. Dövlət orqanlarında bir çox məmurların özbaşınalığı, dövlər idarələrində vəzifəli şəxslərin əxlaqsız davranışları, orduda “Tərtər hadisəsi” kimi ictimai qınaq qazanmış və insanların qəzəbinə səbəb olmuş tarixi cinayətin, bir sıra hadisələrin, ağla sığmaz, amansız işgəncələrin təşkilatçısı və iştirakçısı olan dəhşətli cinayətlər törətmiş vəzifəli şəxslərin cəzasız qaldığı bir mühitdə, bu baş verənlərə qarşı haqlı olaraq etiraz edən şəxslərin ən qısa zamanda müxtəlif bəhanələrlə həbsə salınması, şəhid və qazi anaların ərşə qalxan ah-nalələrinin eşidilməməsi təbii ki, Azərbaycan Milli Dövlətçilik Partiyası üzvlərini də narazı salmaya bilməz.

Siyasi Partiyaları, xüsusilə də müxalifəti sıradan çıxarmağı hədəfləyən qanun layihəsinin ardından vətəndaş cəmiyyətinin iki önəmli şəxsi, Xural TV-nin təsisçisi, jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi, vəkil Elçin Sadıqov gecə saatlarında məhkəməyə çıxarılaraq qəti imkan tədbiri seçilərək həbs edilməsi 37 ci illərin represiyasından fərqli deyil. Məhkəmə vəkillərin iştirakı olmadan aparılmış və gecə saat 4:00-da barələrində Binəqədi Rayon Məhkəməsi 4 aylıq həbs qərarı verib. Hər iki təqsirləndirilən şəxs, irəli sürülən ittihamların saxta və qondarma olduğunu bildirir. Bizim də bu həbsin onların peşəkar fəaliyyətləri ilə bağlı olduğuna heç bir şübhəmiz yoxdur.
Yüksək dərəcəli peşəkar və həmişə qəti olaraq qanun çərçivəsində hərəkət edən vəkil Elçin Sadıqov bir çox çətin siyasi həbslər üzrə işlərdə müdafiçə qismində çıxış edirdi və bu proseslər zamanı ona təzyiqlərin edildiyi ictimaiətə məlumdur.
Jurnalist fəaliyyətinə görə əvvəl də məhbus həyatı yaşamış və həbsdən sonra da yoluna davam edən jurnalist Əvəz Zeynallı isə hər zaman mətbuatda öz mövqeyi ilə öndə olan milli vətənpərvər bir jurnalistdir.

Az.MDP bildirir ki, məhkəmə bazar günü gecə vaxtı hökm oxumağa məcbur olursa, bu iş siyasidir. Belə tez-bazar qurulan məhkəmə xunta rejimli dövlətlərə xarakterik olan tribunalılardan fərqli deyil. Anlaşılan budur ki, belə gec saatda verilən həbs qərarının sifarişçisi dövlətin ən ali kürsüsündə oturan özünü hökmdar hesab edən şəxsdir. Hüquq müdafiəçisi İlham Aslanoğlu və jurnalist Abid Qafarovun həbsinin ardı ilə digər hüquq müdafiəçisi və ictimai rəy liderlərindən olan iki aktiv şəxsin həbsinin məqsədi onların fəaliyyətini məhdudlaşdırmaq və haqq sözü deyənlərin gözünü qırıb, qorxutmaqdır.
Bir jurnalistlə vəkilin eyni anda həbsi siyasi müxalifətə və cəmiyyətə açıq bir mesajdır. Siyasi partiyalara, müxalif partiya liderlərinə, hüquq müdafiəçilərinə, jurnalistlərə, vəkillərə, fəallara qarşı aparılan siyasi repressiyalar söz azadlığı və insan haqlarına son dərəcə ağır bir zərbədir. Vəkili və jurnalisti həbs edilən, mətbuatı məhv edilən bir ölkənin bu günü və gələcəyi zülmət qaranlıqdır. Ona görə də sifarişli və siyasi motivli həbslərə hamımız siyasi dünya görüşündən, partiya mənsubiyətindən asılı olmayaraq əsirlərlə Azadlıq uğrunda mübarizə aparan bir xalq, bir millət kimi elliklə birlikdə qəti ehtiraz etməliyik.
Milli Dövlətçilik Partiyası bəyan edir ki, vəkil Elçin Sadıqovun və jurnalist Əvəz Zeynallının həbsi siyasidir. Buna görə də onların azad olunmasını qəti olaraq tələb edirik!

12.09.2022

12-09-2022, 11:37
Вернуться назад