12 sentyabr, saat 11:00-da siyasi partiya rəhbərlərinin, hüquq müdafiəçilərinin, jurnalistlərin, beynəlxalq təşkilarların nümayəndələrinin və ziyalıların iştirakı ilə hazırda həbsdə saxlanılan Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsi, onların müdafiəsi ilə bağlı geniş toplantı keçiriləcək.
Tv 713. az saytı xəbər verir ki, bununla bağlı Əvəz Zeynallının həyat yoldaşı, tanınmış jurnalist Məlahət Zeynallı sosial şəbəkədə məlumat verib.
Bütün dostlarımızı, vətənsevər oğul və qızlarımızı bu tədbirdə görməkdən, fikirlərini və təkliflərini eşitməkdən məmnun olarıq.
Görüş Müsavat Partiyasının qərargahında keçiriləcək.
Ünvan: Azadlıq metrosu, Nərmin Palace nin yanı.