ABŞ nümayəndələrinin Ermənistana səfərdə məqsədi hərbi planda hansı əməkdaşlığın mümkünlüyünü anlamaqdır.
Tv 713.az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Pelosinin bu sözləri ciddi reaksiya doğurub.
Belə ki, “KTMT üzvü olan Ermənistana ABŞ-ın hərbi baxımdan necə yardım edə biləcəyi” sualı aktuallaşıb. Jurnalistlər “Bu, o deməkdir ki, Ermənistan KTMT-dən çıxa bilər” deyə soruşublar.
“Bizim səfərin hədəfi – Ermənistanın ABŞ-dan nə gözlədiyini anlamaq və necə yardım edə biləcəyimizi müəyyənləşdirməkdir. Biz Ermənistanın digər təşkilatlarla əlaqələrini şərh edə bilmərik. Qərarı Ermənistan verir, ancaq əgər Ermənistan belə bir qərar versə, biz kömək etməyə hazırıq. Biz müdafiə sahəsində əməkdaşlıq ehtiyaclarını da eşidirik. Səfərimizin dəyəri və əhəmiyyəti də həm iqtisadiyyat, həm də təhlükəsizlik məsələlərində nə edə biləcəyimizi, gözləntilərin nə olduğunu eşitmək və başa düşməkdir”, - Pelosi cavab verib.