İRƏVAN TÜRK CÜMHURİYYƏTİ VƏ BÖLÜCÜLÜYÜN TƏQDİMATI
İGİD TEYMURLU
VƏ TALEYİMİZƏ BİGANƏ BAXIŞ
Mühacirətdə İrəvan Türk Cümhuriyyətinin elan olunmasından sonra "Göyçə Zəngəzur Respublikası"nın yaradılmasıyla bağlı yayılan informasiyaya münasibətdə fərqli fikirlərin ortalıqda olması təbiidir. Irəvan Türk Cümhuriyyətini elan edən ermənişünas alım, tanınmış jurnalist Qafar Çaxmaqlıdan fərqli olaraq "Göyçə Zəngəzur Respublikasının yaradıcısı" Rizvan Talıbovun atdığı addım mahiyyət etibsrilə bölücü xarakter daşıyır və əslində bu, bölücülükdən təqdimatıdır. Ortalıqda müqəddəs bir ideya varsa burada iddialarla çıxış etmək düzgün deyil. Digər bir tərəfdən, atılan addıma münasibətdə kimlərinsə ironiya, ikrahla çıxış etməsi millətimizin öz taleyinə hələ də biganə yanaşmasının göstəricisidir...
Türk millətinin başına daha hansı oyunlar açılmalıdır ki, ayılaq. Belə məsələlərdə mövcud hakimiyyətin açıq mətnlə çıxış etməməsini müəyyən mənada başa düşmək olar. Ancaq siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, mətbuatın informasiyanın ictimailəşdirilməsi, cəmiyyətə çatdırılması və bu istiqamətdə növbəti addımların atılması üçün gərəkən addımları tamaşaları başadüşülən deyil. Məntiqlə "5-ci kalon" deyilən kəsim demək ki, bu qüvvələrin içindədir.
Strateji hədəflərimiz və tarixilik baxımından İrəvan Türk Cümhuriyyətinin hələ 2 il bundan öncə yaranmasının elan olunması əslində gecikmiş addım idi. İndiki durumda Rizvan Talıbov adlı birisinin yenidən "Göyçə Zəngəzur Respublikası"nın yaranmasını bəyan etməsi düzgün deyil. Təkrarçılıq olsa da, demək zorundayam, bu ideyanın özünə ironiya, ikrahla baxmaq da kökündən yanlışdır. Erməni kimi millətə həm hərbi, həm də siyasi müstəvidə "dəmir yumruq"la yerini göstərmək lazımdır.
Sadəcə olaraq bunun bir ideya olaraq doğruluğunu qəbul edirəm. Amma sadəcə olaraq adını eşitdiyim Rızvan Talıbovun atdığı addım qüsurludur. Çünki hələ bundan 2 il öncə tanınmış jurnalist Qafar Çaxmaqlı İrəvan Türk Cümhuriyyətinin yaranmasıyla bağlı bəyanat vermişdi. Belə olan halda bu Ruzvan Talıbovun bir az fərqli formatda "Göyçə Zəngəzur" adıyla manipulyasiya etməsi faktiki parçalanmaya xidmət edir...
1988-ci ildə 250 mindən artıq soydaşımız Qərbi Azərbaycandan deportasiya olunub. Bundan əvvəl 1948-1953-cü illərdə Kür-Araz ovalığına deportasiya olunan soydaşlarımızın yaraları heç qaysaq bağlamayıb.
Baxın, erməni yüz illərlə bir məqsəd, bir amal uğrunda ardıcıl olaraq mübarizə aparmaqdaykən, bizsə milli maraqlarımıza münasibətdə nəsillərarası dartışma, regionlarına kontekstində bölücülüklə məşğuluq. "Orada sizin dədənizin məzarı qalıb, mənim yox" kimi bəsit və qorxulu yanaşmalar sərgiləyirik.
Vətən bir orqanizmdir. Hər bölgə bu orqanizmin bir üzvüdürsə, insan olan kəs necə öz varlığından imtina edə bilər?..
Qədim oğuz yurdu olan torpaqlarımız düşmən tapdağında qalıb. O yurda sahib çıxmaq bizim haqqımız. Bu mənada EŞQ OLSUN bu Yolda yürüyənlərə! Eşq olsun İrəvan Türk Cümhuriyyətinə!
Nəinki Qərbi Azərbaycanda, bu gün Güney Azərbaycanda da türklərin tapdalanan haqları bərpa edilməlidir. Güneydə fars şovinizminin zülmü altında inləyən 40 milyondan artıq türk indi İran adlanan coğrafiyada ən azından öz muxtariyyətini əldə etməlidir! Bunun üçün dövrümüzün gəncliyi, tələbə birlikləri silkələnməlidir. Bu gün ikrahla baxdığınız müxalif qüvvənin, siyasətçilərin tam əksəriyyəti hansısa hakimiyyətlə deyil, dünya tarixində ən qaniçən imperiya ilə üz-üzə gəldi və müstəqilliyimizə qovuşduq. Onda da dilə gətirilən bax bu günümüz çoxları tərəfindən utopiya kimi dəyərləndirilir, indiki kimi ikrahla, ironiya ilə çox məsələlərə yanaşılırdı..
Dövlət bir Babadır - səbatsız yönətim, harın məmurlar ucbatından vətəndaşına SAHİB çıxmasa belə, xəstə olsa belə, dəli olsa belə biz Babamızdan qətiyyən imtina edə bilmərik. Çünki o, bizim Babamız!
Göyçə Zəngəzur Türk Cümhuriyyətinə baxış məsələsində "mövcud hakimiyyət niyə bunu etmədi?", "mövcud hakimiyyət bunu etməlidir!" kimi sözlərlə çıxış etmək düzgün deyil. Çünki biz uzun, incə bir yoldayız. Hakimiyyətlərsə ötəridir. İllərlə yürüdüyümüz yolun başlanğıcında babalarımız olub, indi biz varıq, sabah da övladlarımız olacaq. Milli ideallarımıza gedən yolda biz körpüyük. Yetər ki, bu Yolda hər kəs öz cavabdehlik və məsuliyyət hissini anlasın. Bax onda öncə mühacirətdə yaranan birliyimiz sonradan dədə-BABA yurdumuzda qərar tutacaq . Və sonradan taleyinə biganə qalmayan millət bütövləşəcək. Yetər ki, öz taleyimizə biganə qalmayaq. Ki ə ə Tanrı Birliyimizi, Bütövlüyümüzü qorusun!
20-09-2022, 22:20
Вернуться назад