Bu həftə Ukrayna ordusu şərqdə 6-sı Luqansk vilayətinin olmaqla, 29 yaşayış məntəqəsini işğaldan azad edib.
Tv 713. az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski danışıb.
“Təkcə bu həftə ərzində döyüşçülərimiz dövlətimizin şərqində 776 kvadrat kilometr ərazini və altısı Luqansk vilayətində olmaqla, 29 yaşayış məntəqəsini Rusiyanın psevdoreferendumundan azad ediblər. Ümumilikdə, bu hücum əməliyyatı başlayandan 2 434 kvadrat km ərazimiz və 96 yaşayış məntəqəsi azad edilib”, - V.Zelenski söyləyib.