Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən işğalda olan Xersona qədər 30 km məsafə qalıb.
Tv 713. az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Ukrayna SQ-nin Posad-Pokrovdakı mövqeyindən Xersona təxminən 30 km-dır. Bu mövqedən Xersondakı evlər artıq görünür. Bu, çox yaxşıdır, çünki bütün artilleriya növləri işə başlayacaq”, - deyə o bildirib.