BMT Baş Assambleyası Ukraynanın işğal altındakı Donetsk, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərində keçirilən qanunsuz “referendum”ları pisləyən qətnamə qəbul edib.
Tv 713. az xəbər verir ki, qətnamədə Rusiyadan ərazilərin ilhaq bəyannaməsinə yenidən baxılması tələbi yer alır.
Qətnaməni 143 ölkə dəstəkləyib, 5-i əleyhinə çıxıb, 35 dövlət səsvermədə iştirak etməyib.
Belarus, Şimali Koreya, Nikaraqua, Suriya və Rusiya qətnamənin əleyhinə səs verib.
Azərbaycan isə səsvermədə iştirak etməyib.