Türkiyənin şimalında mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
Tv 713 .az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, hazırda daha 11 nəfər yaralı var.
Verilən yeni məlumata görə mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Qeyd edək ki, partlayış ötən gün Türkiyənin Bartın vilayətinin Amasra ilçəsində daş kömür mədənində qaz sızması nəticəsində baş verib.