DataLife Engine / TEHRAN DÖVLƏTİ-nin həyacanı

TEHRAN DÖVLƏTİ-nin həyacanı



TEHRAN DÖVLƏTİ-nin həyacanı

Vüqar Dadaşov
hüquqşünas, MCP üzvü




Azərbaycan isterik rəqs edən Tehran ordusuna torpaq altında yer verməyə hazırdır





Tehran fars rejimi -Tehran dövləti növbəti dəfə Şimali Azərbaycanla sərhəddində, daha dəqiqi Ermənistan işğalından azad etdiyimiz ərazimizlərlə sərhəddə hərbi təlimlərinə başlayıb. Təlimlərə rəhbərlik edən Tehran dövlətinin SEPAH Quru Qoşunları generalı Məhəmməd Pakpur təlimlərin Araz çayı üzərində körpülərin salınması pilotsuz aparatların istifadəsi, yüksəkliklərin nəzarətə götürülməsi kimi vəzifələrin icrasının öyrənilməsi məqsədini daşıdığını bildirib.
General Pakpur bu üç kəlməlik açıqlaması ilə açıq şəkildə Tehran dövlətinin Azərbaycana qarşı təcavüz planlarının olduğunu göstərib.

Tehran fars rejimin keçən ilki analoji təlimlərinə Azərbaycan prezidenti İlham Əliyev "çox təcübləndirici" adlandıraraq, Azərbaycan əraziləri işğal altında olduğu müddətdə niyə təlim keçmədiyini sual edib. Təssüf ki, Tehran dövləti açıq riyakar açıqlamaları ilə hamıya bəlli faktları xarici qüvvələrlə əlaqələndirməyə çalışır. Bu dəfə də Tehran dövlətinin Şimali Azərbaycan Respublikası Bakı şəhərindəki səfiri Abbas Musəvi eyni məzmunlu açıqlama verərək, rejiminin Azərbaycana qarşı genetik düşmənçiliyini maskalamağa çalışıb.

Əslində isə Tehran dövlətinin aqresiv çıxışları kölgəsindən qorxanın mənzərəsini yaradır. SEPAH generalı Pakpurun o üç kəlməlik açıqlaması Tehran fars rejiminin Azərbaycana qarşı xain və düşmən planların mövcudluğunu publik göstərməklə Azərbaycana açıq həddə-qorxusu ilə özünün öz mövcudluğunu təmin edə biləcəyinə əmin olmadığını büruzə verir. Sözsüz ki Tehran dövləti ölkədəki fars molla rejimi artıq dayanmaq imkanlarının tükəndiyini hiss edir. Ölkəni əhatə edən etiraz dalğası fonunda Tehran dövləti daxilindəki milli azadlıq hərakatlarının real güclənməsinin fərqindədir, ələlxüsus da aborogen əhalinin 50%-dən çoxunu təşkil edən Cənubi Azərbaycanın istiqlalı Tehran molla fars rejiminin və dövlətin sonunu deməkdir.

Tehran dövlətində səngiməyən etirazlar fonunda bu dövlətin Rusiya-Ukrayna müharibəsinə Rusiya tərəfdən qoşulması və rus təcavüzünə dəstək verməsi təbii ki, Tehran dövlətinin onsuz da çox çətin olan beynəlxalq vəziyyətini ağırlaşdırıb baxmayaraq ki, Tehran dövləti təcavüzkar Rusiyaya hərbi kömək etməsini təkzibedilməz faktlar qarşısında inkar edir. Artıq Ukrayna rəsmiləri Tehranın onlara qarş rus təcavüzünü dəstək verdiklərini elan edib. Nəzərə alanda ki, Rusiya-Ukrayna müharibəsi əsasən Qərb-Rusiya qarşıdurmasıdır, onda Qərbin Tehrana qarşı bundan sonra təzyiqlərinin artacağı heç şübhəsizdir.

Onilliklərin aksioması kimi bəllidir ki, Şərqdə kürd millətçiliyi və terroru ilə bağlı kuratorluq ABŞ-a məxsusdur. Tehran dövləti ərazisində kürd regionlarından başlanan etirazların ABŞ-la əlaqəli olması istisna deyil. Tehran, Rusiya dövlətlərinin taleyini onsuz da təbii tarixi dağılmaq prosesindən kənarda qalan deyil, sadəcə müəyyən zaman məsələsi mütləqdir.
Tehran dövlətinin dağılması prosesi həm tarixi zərurət və həm də beynəlxalq geosiyasi vəziyyətdən asılı şəraitdədir. Odur ki, Tehran dövlətin hansı təlim keçirməsindən, hansı aqressiv ritorikadan istifadə etməsindən asılı olmayaraq onun Azərbaycana qarşı çıxa bilməyəcəyi şübhəsizdir. Ordusunun və əhalisinin yarıdan çoxu azərbaycanlılardan ibarət olan TEHRAN DÖVLƏTİ-nin Şimali Azərbaycan hədəsi özünü məhvə bərabərdir.

Birdə ki, Tehran dövləti unutmamalıdır ki, dünyanın ən döyüşkən xalqı olan Azərbaycan xalqı Rusiyanın, Fransanın və onun özünün dəstəklədiyi Ermənistanı məğlub edəndə elə Tehran dövlətini də məğlub edib. Azərbaycan indi isterik rəqs edən Tehran dövlətinə, onun ordusuna torpaq altında yer verməyə hazırdır.
19-10-2022, 13:46
Вернуться назад