Türkiyədə ilk dəfə “Bayraqdar Akıncı” pilotsuz uçuş təyyarəsindən ölkənin səsdən sürətli “hava-yer” tipli raketinin uğurla buraxılışı həyata keçirilib.
Tv 713. az xəbər verir ki, bu barədə “Roketsan” şirkəti məlumat yayıb.
Qeyd olunub ki, “Roketsan” tərəfindən istehsal edilən Türkiyənin ilk səsdən sürətli “TRG-230-İHA” raketi 100 km məsafədə hədəfi uğurla vurub.