DataLife Engine / AUTİZM fonunda Tahir Kərimlinin VƏHDƏTi

AUTİZM fonunda Tahir Kərimlinin VƏHDƏTi



AUTİZM fonunda Tahir Kərimlinin VƏHDƏTi



İGİD TEYMURLU


XEYİRXAHLIĞA, MƏRHƏMƏTƏ BÜRÜNƏN SİYASİ ŞOU





Sağ olsun Sahibə Qafarova deputatxanasının üzvlərindən olan TAHİR KƏRİMLİni. Deputatxananın digər üzvlərindən fərqli olaraq AUTİZM PROBLEMİNDƏN əziyyət çəkən uşaqlar və onların valideyinlərinin dözülməz vəziyyətini heç olmasa dilə gətirib kar qulaqlara, kor gözlərə çatdırır...

Musa Urud kimi geydirmə deputatxana işçisindən fərqli olaraq Tahir bəy siyasi şou olsa da heç olmasa bunu düzənlənib azca da olsa yaralara məlhəm qoyur. Daha deputatxananın bəzi URODLARI kimi göydən gələn, yerdən çıxanlar kimi davranmır.

AMMA VƏ LAKİN...axı ay Tahir bəy Kərimli, siz hamıdan yaxşı bilirsiniz və bilməlisiniz autizmli bağlı reallıqları.

Axı autizmli uşaqların sosial müdafiəsinə bağlı gülünc qərarları qəbul edən məhz siz deputatxana işçilərinin hansısa şəhadət barmağının işarəsinə dikilən gözlərinizin və buna müqabil knopka basan barmağınızın "əl işləri"dir. Yəni, heç şübhəsiz ki, autizmli bağlı bütün gerçəkləri Siz heç də bu uşaqların valideyinlərindən az bilmirsiniz. Əgər az bilirsinizsə, onda bu, lap pis. Necə deyərlər, üzrü günahından da betər.

Uşağa diaqnozun qoyulmasından tutmuş reabilitasiyasına qədər, reabilitasiyasından tutmuş inklüziv təhsilə qədər, inklüziv təhsildən tutmuş ev təhsilinə qədər, ev təhsilindən tutmuş xüsusiləşdirilmiş tədris müəssisələrdə baş verənlərə qədər, gündəlik tələbatından tutmuş onların sosial qayğısına qədər bütün incəlikləri Dövlət BABA çözməli, dərdə çarə bulmalı, vətəndaşına sahib çıxmalıdır.

Çıxırmı, Tahir Kərimli?

Yox!!!

Bilirsiniz niyə?

Ona görə ki, məhz siz deputatxana işçilərinin sayəsində qanunlarda bilərəkdən, ya da bilməyərəkdən buraxılan boşluqlar bütün korrupsiya, bütün özbaşınalıq əməllərinə yol açır. Deyirsiniz ev verilsin, BƏLİ. Düz deyirsiniz, autizmli uşaqlara sosial qayğı göstərmək dövlətin boyun borcu. Bu uşaqların valideyinlərinin boğazına təpik dirəyib əmək haqqndan 65 yaşa qədər vergi tutan, həmkarlar ittifaqına guya ki, könüllü pul tələb edən dövlətin canı çıxmalıdır ki, o valideynin autist övladının sosial müdafiəsini təmin etsin. Konstitusiyada təsbit edilən sosial müdafiə ilə bağlı, vətəndaşların hüququyla bağlı müddəalar məhz dövlətin qanunverici, idarəedici və məhkəmə sistemləri tərəfindən pozulur və sizlər də bunu görürsünüz.

AUTİZM SİNDROMUNUN REABİLİTASİYASI cəmiyyətdən, dövlətdən kompleks yanaşma tələb edir, DƏYƏRLİ TAHİR KƏRİMLİ. Sizqanunvericilər və idarəedicilər, haqqımız pozulanda həqiqətdən yana olan məhkəmə sistemimiz bu kompleks yanaşmanı təmin edə bilibmi?

Bütün idarə və təşkilatlar bu problemin həlli istiqamətində qanunun göstərişiylə bir rels üzərinə çıxarılmalı, hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Mən bilmirəm, bəlkə siz bilirsiniz, Azərbaycanda o hansı istehsalat müəssisəsidir ki, autizmli uşağın atasına ev verir, bu məqsədlə yardımlar edir? Yox beləsi. Çünki o təşkilatların fəaliyyətində söykənc yeri olan Sizin qəbul etdiyiniz qanunlarda və Nazirlər Kabinetinin təlimatlarına belə bir göstəriş yoxdur. Yaxud sizin dedikləriniz başqa bir qurumun diktə etdiyi ilə uyuşmur. Sanki bu məmləkətdə birinin qəbul etdiyi qərardan o birisinin xəbəri yox! Son nəticədə zülmü çəkən yenə də autist övladın valideyni olur...

Bu gün Azərbaycanda AUTİZMİN REABİLİTASİYASI İLƏ MƏŞĞUL OLAN MƏRKƏZ YOXDUR VƏ BU, BİR BİABIRÇILIQDIR! "AZƏRBAYCANDA İLDƏ HƏR 7 UŞAQDAN BİRİ AUTİST OLARAQ DOĞULUR"SA və buna müqabil AUTİZM problemi diqqətdən kənar saxlanılırsa, onda bu, nəinki o uşaqlara, birbaşa Allaha asi olmanın görüntüsüdür. Allahdan qorxun!

Qarğış kimi başa düşülməsin, Yaradan hər zülm edənə illər ötsə belə bu və ya digər şəkildə o zülmü yaşadır. Ən azından gələcəkdə indi çəkilən zülmü yaşamamaq üçün qanunverici baza yaradın...

Yox kimsə əks iddiada bulunub dövlət səviyyəsində reabilitasiya mərkəzinin olduğunu deyirsə, onda lütfən, bunu bəyan edin. Haradadır o mərkəz və o mərkəzə qəbul hansı prinsiplər əsasında aparılır? Ümumiyyətlə autizmin reabilitasiyasına dövlət nəzarəti ilə bağlı fəaliyyət göstərən mərkəz varmı? Varsa gəlim hüzurunuza bir yerdə baş çəkək o mərkəzə. Yox əgər "o mərkəzin ayı 2500 manatdır"sa, bunun nəyi dövlətindir?

Autizmin reabilitasiyasında dövlət nəzarəti yoxdursa, məsələnin həlli özəl sektorun üzərinə düşürsə, onda bununla bağlı əsas hərəkətverici qüvvə paradır, para! Çünki özəl sektorda aylıq ödəniş haqqı orta hesabla. 1500-2000 manatdır. Üstəlik bu kateqoriyadan olan uşaqların xüsusi yeməklərə meyilliliyini və ətraf aləmə, insanlara olan fobiyalarını da nəzərə alsaq, bütün bunların qarşılanması ən azından 1000 manat tələb edir. İndi sual olaraq mən Musa Urud adlı sosial siyasətimizin yönəticisindən və Sahibə Qafarova deputatxansının Tahir Kərimli adlı knopka basan işçisindən soruşmaq istərdim: siz bu pulu AUTİZM SİNDROMLU uşağın valideyininə verirsinizmi?

Yox! Əvəzində siz biganələr ordusu AUTİZM SİNDROMLU uşağa aylıq səhv etmirəmsə 200 manat müavinət verirsiniz. HEÇ O UŞAĞIN KOMMUNAL XƏRCLƏRİNİ ÖDƏMƏYƏN MƏBLƏĞ!

Siz bununla dövlətlə vətəndaş arasında uçurum, dövlətə qarşı sosial narazılıq formalaşdırırsınız. Qənirə xanım Paşayeva, Məlahət xanım Ibrahimli, Fazil bəy Mustafa arabir hansısa tədbirlərə qatılıb autist uşaqlar və onların valideyinlərilə qabaqdan, böyürdən şəkillər çəkdirib, statuslar paylaşırlar. Bununla problem həll olunurmu, bəylər və xanımlar! Nə özünüzü, nə dövləti, nə də milləti ALDATMAYIN!

Xalqın səsini sizlər yuxarı dairələrə çatdırmırsınızsa, demək siz özünüz də təsdiqləyirsiniz ki, biz millətin səsi deyilik.

MİLLƏTİN SƏSİ İDDİASINDA BULUNAN ƏFƏNDİLƏR, XALQ İSTƏYİR Kİ, DÖVLƏT SƏVİYYƏSİNDƏ BİR AUTİZM MƏRKƏZİ OLSUN!

XALQ İSTƏYİR Kİ, DÖVLƏT SƏVİYYƏSİNDƏ AUTİZMLİ UŞAQLARIN TAM QEYDİYYATI APARILSIN!

XALQ İSTƏYİR Kİ, DÖVLƏT SƏVİYYƏSİNDƏ PULSUZ REABİLİTASİYA MƏRKƏZLƏRİ YARADILSIN, AUTİZMLİ UŞAQLAR HƏYATLARI BOYU DÖVLƏTİN GÜVƏNCİNDƏ OLSUNLAR!

XALQ İSTƏYİR Kİ, HƏMİN REABİLİTASİYA MƏRKƏZLƏRİNDƏ ÇALIŞAN MÜTƏXƏSSİSLƏR YÜKSƏK ƏMƏK HAQQI İLƏ TƏMİN EDİLSİN Kİ, BÜTÜN GÜNLƏRİNİ VƏ SAĞLAMLIQLARINI BU UŞAQLARA SƏRF EDƏN PEDAQOJİ HEYƏT ƏN AZINDAN MADDİ BAXIMDAN ÖZ YAŞAM HAQLARINI TƏMİN EDƏ BİLSİNLƏR!

XALQ İSTƏYİR Kİ, DÖVLƏT BİR ÖMÜR BOYU BU KATEQORİYADAN OLAN VƏTƏNDAŞININ YANINDA OLSUN, BUNJN QANUNVERİCİ BAZASINI ORTAYA QOYSUN!

XALQ İSTƏYİR Kİ, SABAH VALİDEYİN OLARAQ MƏN OLMAYANDA ƏN AZINDAN ALACAĞI MÜAVİNƏT ÖVLADININ DOLANIŞIĞINI TƏMİN ETSİN!..

TAHİR BƏY KƏRİMLİnin deputatxanada etdiyi çıxış xeyirxahlıq, mərhəmət xarakterli olsa da, yuxarıda sadalananlar nəzərə alsaq bu, həm də bir siyasi şoudur. Və bu, problemin həlli deyil. İstənilən halda VƏHDƏTimiz naminə Tahir bəyə təşəkkür düşür ki, bu fürsətdən istifadə edib kar qulaqlara, kor gözlərə AUTİZM probleminin. gerçəkləriylə bağlı bəzi məqamları çatdıra bildim.
1-01-2023, 12:17
Вернуться назад