DataLife Engine / Ərdoğan: Ey yunan, nə qədər sakit dursan...

Ərdoğan: Ey yunan, nə qədər sakit dursan...

Ərdoğan: Ey yunan, nə qədər sakit dursan...


İndi bu yunanlar nə deyir? Görəsən bu çılğın türklər nə edir? İzmirdə sınaqlar keçirildi və oradan atılacaq raket onları qorxutmağa başladı. Mən isə deyirəm ki, ey yunan, nə qədər ki, sən sakit duracaqsan, bizim səninlə işimiz yoxdur.

Tv 713. az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlanın Fəthiyə rayonunda xalqa müraciətində deyib.

Dövlət başçısı “Qızılalma” pilotsuz təyyarəsinin tezliklə kütləvi istehsalına başlanılacağını və onun F-16 qırıcılarının daşıdığı raketlərlə təchiz ediləcəyini bildirib.
15-01-2023, 06:37
Вернуться назад