İran Müdafiə Nazirliyinin keçmiş rəsmisi Əlirza Əkbərinin Britaniyaya casusluq ittihamı ilə edam edilməsini şiddətlə qınayır və pisləyirik.
Tv 713.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Tvitter hesabında yazıb.
“Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir. Biz ingilis dostlarımızın yanındayıq və İran rejiminə qarşı hərəkətlərimizi davam etdirəcək, bir-birimizlə koordinasiyalı şəkildə İran xalqını dəstəkləyəcəyik”, - Berbok bildirib.