Təbrizdə fəaliyyət göstərən və azərbaycanlı sənətçilər tərəfindən yaradılan "Yaşıl Yol" xeyriyyə dərnəyi Qərbi Azərbaycan əyalətində baş verən zəlzələdən zərər görənlərə yardım kampaniyası başladıblar.
Tv 713. az axar. az-a istinadla xəbər verir ki, bu məqsədlə yanvarın 29-da Təbrizin "Nisfi Rah" meydanında yardım toplamaq üçün mərkəz qurublar.
Onlar təbrizlilərə müraciət edərək, hakimiyyətin Xoyda zəlzələdən əziyyət çəkənlərə yetərli yardım etmədiyini, azərbaycanlıların bir-birlərinə yardım etmək məcburiyyətində qaldıqlarını bildiriblər.