DataLife Engine / Etibar İsmayılov Ərdoğana məruzə etdi

Etibar İsmayılov Ərdoğana məruzə etdi







Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələnin baş verdiyi Qəhrəmanmaraş şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının axtarış-xilasetmə işləri ilə tanış olub.

Tv 713.az Report-a istinadla xəbər verir ki, FHN-in Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Azərbaycan xilasedicilərinin fəaliyyət barədə məruzə edib.

Qeyd edək ki, hazırda Azərbaycan xilasediciləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirir. Onlar Qəhrəmanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından azı 26 nəfəri sağ, 48 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

8-02-2023, 15:45
Вернуться назад