DataLife Engine / Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər - Rəsmi

Azərbaycan Türkiyədən kimsəsiz uşaq götürə bilər - Rəsmi





Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi zəlzələ nəticəsində ailəsi vəfat etmiş və ya hələ tapılmamış uşaqlar üçün müvəqqəti qoruyucu ailələrə ehtiyac olduğunu açıqlayıb.

Qeyd olunub ki, müraciət edən namizəd ailələr “e-Devlet” portalı vasitəsilə və ya zəlzələ zonasından kənarda yaşadıqları ərazi üzrə nazirliyin rayon şöbələrinə müraciət edə bilərlər. Nazirlik indiyədək zəlzələ zonasında ailələri tapılmayan, yetkinlik yaşına çatmayanlar üçün yeganə səlahiyyətli qurumdur.

Zəlzələ baş verən gündən dəstəyini əsirgəməyən azərbaycanlılar da bu prosedura müraciət etmək istəyirlər.

Tv 713.az xəbər veriri ki, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyindən Teleqraf.com-a bildirilib ki, Azərbaycan vətəndaşları da zəlzələdə zərər çəkmiş uşaqlara müvəqqəti olaraq qoruyucu ailə olmaq üçün müraciət edə bilər.
9-02-2023, 17:19
Вернуться назад