İlkin variantda görüşdə Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi.
Tv 713. az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Münhendə televiziya kanallarına müsahibəsində deyib.
“Dünən axşam belə qərara gəldik ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər”, - dövlətimizin başçısı qeyd edib.