Zəlzələ zonasında inşa ediləcək binalar 3-4 mərtəbədən hündür olmayacaq. Zəruri ehtiyaclara əsasən, binalar düzənlikdən dağlara doğru güclü təməl üzərində tikiləcək.
Tv 713. az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişlikliyi üzrə naziri Murad Kurum deyib.
O, zəlzələ bölgəsində 927 min evdə araşdırmaların tamamlandığını, 118 min evin ağır zərər gördüyü, təcili sökülməsinin gərəkli olduğunu bildirib.
“11 vilayətdə cümhuriyyət tarixinin ən böyük fövqəladə bina tikinti səfərbərliyini həyata keçirəcəyik. Vətəndaşlara etibarlı evlərin açarlarını təqdim edəcəyik”, - deyə nazir bildirib