DataLife Engine / Moldovada dövlət dili dəyişdirilir

Moldovada dövlət dili dəyişdirilir






Moldova Parlamenti dil qanununu birinci oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən, Moldova Konstitusiyasında “Moldova dili” ifadəsi “rumın dili” ilə dəyişdiriləcək.

Tv 713. az xəbər verir ki, qanun layihəsinin təqdimatı zamanı kürsüyə kommunistlər və sosialistlər blokunun deputatları çıxıblar. Onlar özləri ilə referendum və növbədənkənar parlament seçkiləri ilə bağlı çağırışlarla bağlı plakatlar nümayiş etdiriblər.

Deputatlardan biri digərinin plakatını qoparıb, bundan sonra aralarında dava düşüb.

Qanun layihəsinin müəlliflərindən biri, hakim Fəaliyyət və Həmrəylik (PAS) partiyasından olan deputat Petru Frunze jurnalistlərə bildirib ki, bütün milli qanunlarda “Moldova dili” ifadəsinin “rumın dili” ilə əvəz edilməsi barədə sənəd Konstitusiya Məhkəməsinə yönləndirilib.
2-03-2023, 22:17
Вернуться назад