Qədim forması Baku olan Bakı yalnız Azərbaycanın paytaxtının adı deyildir. Qədim dünyanın elitar nəslinin adıdır. O nəsil ki, Baykal gölündən Misirə, Avropaya qədər Avrasiyanın ucsuz-bucaqsız torpaqlarında Bakı, Bakilər, Şah Bakı, Bakı Kam adlı şəhərlər salmış, məbədlər inşa etmişdir. Amur çayının bir qolu son zamanlara qədər Baku, türkmənlərin bir nəsli Şah Baku adlanırdı. Baku məbədinin biri də Göyçə gölü ilə Kəpəz dağının arasında idi. Ən böyük Bakı məbədi isə Nil çayının sahilində ucaldılmışdı. Həmin məbəd Bakı dağının ətəyində idi. Bakı məbədi qədim Misirin "Ölülər kitabı"nda Bakau formasında yazıya alınmışdır. İngilis arxeoloqu Flinders Petri l Dünya müharibəsi ərəfəsində Misirdəki Baku məbədinin qalıqlarını aşkara çıxartdı. Dünya alimlərini heyrətə salaraq yazdı ki, Misirdəki Baku məbədinin və İçəri şəhərdəki Qız qalasının bir çox parametrləri uyğun gəlir. Sonra akademik Meşşaninov o istiqamətdə tədqiqatı davam etdirdi.Yazdı ki, Misirdəki Baku məbədinin bünövrəsi Bakının Qız qalası kimi suyun içində idi. Qız qalası kimi onun da üzü səhər günəşinə baxırdı. Akademik Meşşaninov bəzi İranpərəst Azərbaycan tarixçilərindən fərqli olaraq yazır ki, Baku İran mənşəli ad deyildir. Badikubə onun sonradan uydurulmuş adıdır. Bakı şəhərinin adına Baki, Bakı nəslinin adına Bakilər formasında er.əv.ll minilliyə aid Xett mixiyazılı mətnlərində rast gəlirik. Bakilər Avropa tarixçilərinin Xatti adlandırdıqları Xatay şəhəri idi. Biz öz tariximizi ancaq balaca Azərbaycanda yox, tarixən yaşadığımız, bənzərsiz mədəniyylətlər yaratdığımız yaxın-uzaq ölkələrdə öyrənməliyik. Bizim əcdadlarımız yalnız Azərbaycanın yox, Ön Asiyanın, Misirin, Fələstinin, İtaliyanın qədim mədəniyyətinin yaradıcılarıdır. Bakı nəslinin bir hissəsi latınlardan əvvəl İtaliyaya köçmüşdür. İtaliyanın antik dövr şairi Mark Bakuvi həmin nəsildəndir.
İlhami Cəfərsoy,
Tarixçi Alim.