DataLife Engine / KİM DAHA ÇOX "ATATÜRKÇÜ"DÜR?

KİM DAHA ÇOX "ATATÜRKÇÜ"DÜR?





FELMAR ƏLƏKBƏRLİ
VHP MNTK sədri




ƏSL TÜRKÇÜ, ƏSL ATATÜRKÇÜ ELƏ ƏRDOĞANIN ÖZÜDÜR




Bu gün Türkiyədə Prezident seçkiləri öncəsi namizədlərdən "kim daha çox Atatürkçüdür?" ifadəsi müzakirə obyektinə çevrilib. Atatürk elə bir demokratik Cümhuriyyət qurub ki,Türkiyəni milliyətindən, dinindən cinsindən asılı olmayaraq xalqın səsini qazanmış
hər kəs idarə edə bilər.

Bu fürsətdən istifadə edib demək olar ki, Türkdən başqa hər kəs Türkiyəni idarə edib və etməyə cəhd etməkdədilər .Ərdoganın əleyhinə olaraq Atatürkçü olmamagı barədə yazılar da gündəmi zəbt edib və az da deyil.

CHP sədr Qılıcdaroglu özünü "Atatürkün davamçısı" hesab edir.

Qılıcdaroglu dogrudanmı "Atatürkçü"dür?

Bəs onda Türkiyədə son 40 ildə 40 mindən çox günahsız insanları qətlə yetirən PKK- nın qolu HDP ilə Qılıcdaroğlunun əməkdaşlıq etməyimin adı nədir?

Bəs onda nədən Qılıcdaroğlu ətrafındakıların çoxunun erməni mənşəli, özünün isə kürd oldugun danır?

Məgər Türkiyənin siyasi hakimiyyət tarixində idarəetmə aparatında azmı kürd olub?

Süleyman Dəmirəldən agır günlərimizdə rəhmətlik Əbülfəz ELÇİBƏYİN helikopter istəyinə rədd cavabının verilməsi
nə tez yaddan çıxdı?!

İfrat demokratiyadan istifadə edib hakimiyyətə gəlib türkə, Atatürkə yalançı məhəbbət bəsləyənlər bilin: ƏRDOĞAN SÜBUT ETDİ Kİ, ƏSL TÜRKÇÜ, ƏSL ATATÜRKÇÜ ELƏ ƏRDOĞANIN ÖZÜDÜR!

ƏLAHƏZRƏT FAKT ORTALIQDADIR: Ərdoğan asılı vəziyyətə salınmış Türkiyəni tam müstəqil dövlət kimi inkişaf etdirdi. Liderlər arasında paralellər apanda masada oturan müxalif qüvvələrlə müqayisədə Ərdoğan daha çox türkçüdür.

Ərdoğan Türkiyənin müstəqil hərbi sənaye kompleksini yaradıb ən azından regionda müstəqil söz sahibinə çevirdi.

Ərdoğan NATO oyuncagı Süleyman Dəmirəl olmadı, Türkiyə sınırlarından kənarda da türk millətinin mənafeyini qorumagı bacardı.

Ərdoğan 44 günlük müharibədə birbaşa yanımızda olan və qələbəmizdə müstəsna rol oynayan Qardaş Sevgisini, Qardaş varlığını və Azərbaycanın tək olmadığını sərgilədi.

Türkiyədə 1 ildə 2 dəfə ABŞ-ın şəhadət barmağıyla dövlət çevrilişi dəyişikliyi olurdu. Təbii ki, belə bir vəziyyətdə və belə asılılıqla dövlətdə hansısa inkişafdan danışmağın özü absurddur.

Müstəqillik bir millətin, məmləkətin zülüm və əsarət orbitindən çıxmasıdır. Ərdoğan Türkiyəni bu orbitdən çıxardı.

ABŞ, PKK, HDP, erməni mənşəlilər Türkiyəni idarə etməməlidir və inanıram ki, türk xalqı bu zərurəti gpzdən qaçırmayacaq, müstəqil Türkiyə tərəfdarı olan ƏRDOGANA səs verəcək.
12-03-2023, 21:47
Вернуться назад