DataLife Engine / QMİ-NİN "HACI" İSTEHSALI

QMİ-NİN "HACI" İSTEHSALI



İGİD TEYMURLU



VƏ SAQQALLI LOTULARIN OYUNLARI





AZƏRBAYCAN MNOQOKRATNİ MƏŞƏDİLƏR, KƏRBƏlAYİLƏR VƏ HACILARLA DOLUDUR VƏ HƏM DƏ KASIBLAR VƏ HƏM DƏ DİLƏNÇİLƏR VƏ HƏM DƏ XƏSTƏLƏRLƏ. HƏLƏ MƏN YURDSUZ YUVASIZLARI DEMİRƏM....

İNDİ mənə lotu-lotuyanə deyin görüm, ə, bəs bu necə olur axı? Məmləkətdə bunca zillət içində olan varsa, sən necə , məşədi, kərbəlayi, hacı" olursan?...

Dərk etdiyim səviyyədə islamı prinsiplərlə yaşayıram. Bütün kriteriyalar baxımından gücüm və imkanım səviyyəsində insanlarla əldə etdiklərimi bölüşməyə çalışıram. Namazımı qılıb, orucumu tuturam...

Mənə qaranlıq qalan bir nəsnə var. Məşhəd, Kərbəla, Məkkə ziyarəti zamanı yığılan pullardan hər il Azərbaycandakı kasıblara, kimsəsizlərə, xəstələrə nə qədər para ayrılır, ey cənabü Allahşükür həzrətləri?

Mənə qaranlıq qalan bir nəsnə var. Bizim səccadə, təsbeh, möhür pullarımızla bəslənən Iranın İnqilab Keşikçiləri, SEPAH haqqımızı tapdalayan, bizi işğala, soyqırıma məruz qoyan erməniyə qardaş deyir, onlara yardım edir, bizim mollalar da durub XAMneyiyə təqliddən danışırlar!?

Həqiqətin apaydın şəkildə bəyan edilməsi nə zamandan sizlər üçün cəhənnəm əzabı olub?

Yaxud olsun Səudiyyəsi. Həcc ziyarəti zamanı hətta Şeytanın başına atdığımız daşı heç Şeytanın başına dəyməmiş paketləyib bizə satan Səud övladları haqq savaşında meydanda tək qalan Azərbaycana bunca illər ərzində hansı yardımda bulundu? O həcc ziyarəti zamanı yüksək para verib aldığımız ərəb qoyunları var haa, bax müsəlman dünyasını da Səud övladları və İran mollaları həmin qoyun gününə qoyublar.

Yox əgər bu para ayrılmırsa, demək ki, İRANDAKI, SƏUDİYYƏDƏKİ SAQQALLI LOTULAR islami prinsipləri heçə sayır, daha doğrusu, tapdalayırlar.

Öyləsə nədən bizlər islamı prinsipləri tapdalayanların yanında olur, onları min bir yolla toplanan paralarla qudurduruq?

Azərbaycandan kimsə öz halal puluyla həcc ziyarətinə gedə bilərmi, cənabü Allahşükür həzrətləri Paşazadə?

Getmək mümkün deyilsə, onda yalana, harama, zülmə ictimai status vermənin adı nədir?

"Aylıq iqtisadi səbət" dediyiniz andırın qiymətinin özünüz "560 manat" olduğunu deyirsiniz. HƏCCİN qiyməti də 9775 MANAT - MÜƏLLİMİN 2 İL 5 AYLIQ ƏMƏK HAQQI!!!

Xub. Onda ay Allahın bəndəsi sən 5 nəfərlik bir ailəyə ayda təkcə dolanışığı üçün 2800 manat əmək haqqı verməlisən. Azərbaycanın ən bərkgedən şirkəti SOCAR öz fəhləsinə ayda 1500-1800 manat əmək haqqı verir. Əgər SOCAR-ın "imkanı" buna çatırsa da, fakt olaraq Təhsil Nazirliyinin müəllimə 320 manat, QMİ-nin imamlara, axundlara 600-800 manat verməsi də başadüşüləndir.

ÖYLƏSƏ, AZƏRBAYCANDA MƏŞƏDİ, KƏRBƏLAYİ, HACI "İSTEHSALI" HANSI SƏMƏRƏLƏŞDİRİCİ TƏKLİF ƏSASINDA İNKİŞAF EDİR?

Demək ki, ortalıqda başqa zadlar var. Kİ, bunun da adını siz daha yaxşı bilirsiniz.

Və demək ki, hər il məhz Sizlərin təşkilatçılığınızla İrandakı və Səudiyyədəki saqqallı lotuların ciblərinə Azərbaycandan da milyardlar axır.

NİYƏ?

OLMAZMI Kİ, ELƏ HƏMİN MİLYARDLARIN GÜCÜNƏ ÖZÜMÜZƏ SAHİB ÇIXAQ. QARABAĞDA BİR KƏND SALAQ, YAXUD ZAURLARIN, XOŞQƏDƏMLƏRİN DİLİYLƏ TELEEFİRLƏRDƏN DANIŞAN XƏSTƏLƏRİMİZƏ SAHİB ÇIXAQ?
19-03-2023, 16:42
Вернуться назад