Yaxın həftələrdə “Vaqner” özəl hərbi şirkəti məhbuslardan ibarət muzdlularını itirə bilər. Çünki onların 6 aylıq müqavilə müddətləri bitir.
Tv 713. az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“2022-ci ilin payızında minlərlə məhbusa döyüşlərə qatılacaqları təqdirdə əfv olunacaqları və 6 aylıq xidmətdən sonra ordudan azad olunacaqları vədi verilmişdi. İndi müddətin bitməsi və və məhbusların buraxılması “Vaqner”in kadr ehtiyatına ciddi zərbə vuracaq, çünki Kreml daha həbsxanalardan muzdlu yığmağı qadağan edib”, - məlumatda qeyd olunub.