DataLife Engine / NƏRİMAN NƏRİMANOVA ATILAN DAŞ

NƏRİMAN NƏRİMANOVA ATILAN DAŞ






İGİD TEYMURLU


VƏ BALTALANAN KEÇMİŞİMİZ




Zamanında təkbaşına mübarizə aparan NƏRİMAN NƏRİMANOV tariximizin bir PARÇASIdır.

TARİXİMİZİ DAŞLAMAYIN, YAŞADIN!

Nərimanova daş atmaq, Onun xidmətlərini görməzdən gəlmək keçmişimizi baltalamaqdır. Ki, bu günümüz də o keçmişimizin üstündə qərar tutub, əfəndilər!

Tarixə kontekstdən yanaşmaq, tarixə nasixlərin "faktları"nın gözüylə baxmaq kökündən yanlış və qüsurludur. Sən gerçək tarixdən xəbərdar olmaq istəyirsənsə məsələyə kompleks şəkildə yanaşmalısan. İlk olaraq o dövrün reallıqlarına baxmalısan. Nərimanovla bağlı təkcə Rəsulzadəni deyil, başda Nərimanovun yazışmaları, əsərləri, məktubları olmaq şərtilə ən azından Lenini, Stalini, Trotskini, Plexanovu, Şaumyanı vərəqləməlisən, 26 Bakı Komissarlarının yazışmalarını, onlara verilən göstərişlərdən xəbərdar olmalısan.

Bir çoxunun heç yaşı belə imkan vermir ki, sovet dönəminin qaniçənliyini, qəddarlığını xatırlaya biləsən. Amma bəyənmədiyiniz Nərimanovun Leninə, Stalinə ünvanladığı məktublardan bəzi sitatlara baxanda onun necə qorxmaz, mübariz insan olduğunu görürsən.
Nərimanovun Leninə, Stalinə yazdığı məktublardan 1-2 sitata baxın.

"Vladimir İliç! Çoxmillətli əhalinin hüququ və hissləri ilə belə zarafat etmək olmaz. Siz inanmayın ki, Azərbaycan çoxsaylı şüurlu rus fəhlələri yaşayan Bakı deməkdir. Bu, kobud səhvdir. İndi Bakıda şüurlu müsəlman fəhlələrinin sayı iki dəfə çoxdur. Bəs bütün Azərbaycanın kəndliləri?"

Həmin dövrdə Leninlə bu müstəvidə danışan ikinci şəxs göstərə bilməzsiniz!

Digər bir məktubunda Nərimanov Leninə belə bir sual verir:

“Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sizin dilinizdən çıxmamışdırmı?”...

Nərimanov belə aldadılmışdı. Ona verilən vəddə Azərbaycan müstəqil dövlət olaraq sovetləşməyə gedir və ittifaqa girəcəkdi

HAŞİYƏ: Baxın, yaxın tariximizdə AXC-Müsavat hakimiyyət iqtidarda olanda heç mart soyqırımına doğru-dürüst qiymət verməyə ya macal tapmadı, ya da verə bilmədi. Amma Nərimanov həm bu qırğının qarşısının alınmasında müstəsna xidməti olub, həm də 1919-cu ildə yazdığı "Biz Qafqaza hansı şüarla gedirik?" məqaləsində aldadıldığlnı etiraf etmiş, birbaşa ermənilərin törətdiyi soyqırım faktını mərkəzə bildirmişdi.

Fərqindəsinizmi ki, o postda Nərimanov deyil, erməni olsaydı Azərbaycanı nələr gözləyirdi!? Bunu görən Nərimanov o postdan getmirdi, a millət, ay qardaş. "Oğlunun xəstəliyi" ni bəhanə edib Bakını ermənilərdən qurtarmağa çalışırdı, a millət, ay qardaş! BU mənada onu "kreslo hərisi" kimi qiymətləndirmək korazehinlikdir.

Mən də bu fikri dəstəkləyirəm ki, Bakının 1918-ci ildə ermənilərdən təmizlənməsindən Nuru Paşanın ordusu hansı xidməti göstərmişdisə, 1920-ci il 28 aprel işğalından sonra da Nərimanov Bakını eləcə ermənilərdən təmizləyirdi.

BAXIN:

Nərimanovun Stalinə məktubundan

"..Bakını erməniləşdirmək planı var və bunun qurucusu məhz Mikoyandır. Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Lakin elə işimin ilk günlərindən açıq deyirəm: bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir. Cənubi Qafqazın keçmişi, xüsusilə 18-ci ildə Bakıdakı vəziyyət bu məsələ üzərində düşünməyə məcbur edir”.

MƏRKƏZİN SİYASƏTİNDƏN NARAZI OLAN NƏRİMANOV yazırdı:

“..Əgər qısa bir müddətdə Mərkəz daşnak-kommunistlərin bütün bu murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcək. Mən bu barədə Sizə ciddi surətdə bildirirəm”.

Ermənilərin qoparmaq istədikləri QARABAĞLA BAĞLI NƏRİMANOV 1921-ci il iyul ayının 19-da keçirilən iclasda deyir:

"..Sovet Konstitusiyası çərçivəsində vilayət icraiyyə komitəsi başda olmaqla daxili özünüidarə hüququ verilməklə Dağlıq Qarabağ Sovet Azərbaycanının ayrılmaz hissəsi kimi qalacaq”.

Nərimanov bu məsələ ilə bağlı Stalinə də məktub yazıb və gerçəyi söyləyib:

“..Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edildi. Mənim vaxtımda bu, mümkün olmamışdı”...

O QƏDƏR ERMƏNİNİN, RUSUN, GÜRCÜNÜN İÇİNDƏ NƏRİMANOV NEYNİYƏ BİLƏRDİ?

Adam bütün mümkün olan, gərəkən addımları atıb - buraxdığı səhvlərlə bir yerdə! Bütün doğruları, bütün yanlışları ilə zamanında təkbaşına mübarizə aparan NƏRİMAN NƏRİMANOV tariximizin bir PARÇASIdır.

TARİXİMİZİ DAŞLAMAYIN, YAŞADIN!
5-04-2023, 08:36
Вернуться назад