DataLife Engine / ƏVƏZ QURBANLI yaradıcılığından

ƏVƏZ QURBANLI yaradıcılığından






ƏVƏZ QURBANLI



Tv 713. az Əvəz Qurbanlının yeni şerini təqdim edir



Gözümü açandan qaçhaqaçdayam,
Ömrümü yollara səpirəm, abi!
Bəlkə də bir yana çıxmadım özüm
Baxma, kimlərəsə ləpirəm, abi...

Dərdimi dillərdən yan gəzdirirəm,
Dilimdə bir ovuc qan gəzdirirəm.
Bir-iki xurmaya can gəzdirirəm
Mən ki nə dərvişəm, nə pirəm, abi!

Hayana üz tutub, nə umacam ki?
Elə bağlanmayıb qapım-bacam ki...
Yaxşılıq görməyə elə acam ki,
Görəndə gözümə təpirəm, abi..((

Yalan otururlar, yalan dururlar
Haqqı büt başına dolandırırlar.
Elə ürəyimi bulandırırlar,
Az qalır hər şeyə tüpürəm, abi!

Harda dolaşıq var, rastıma çıxır
Çözürəm, bir ucu sistemə çıxır.
Zibil qalaqlanıb üstümə çıxır,
Bilmirəm, hansını süpürəm, abi!..

...Dünənin işləri sabaha qalıb,
Ümid nə gədaya, nə şaha qalıb.
Sən get yat, mənimki Allaha qalıb,
Gecən xeyrə qalsın... öpürəm, abi...


17-04-2023, 12:06
Вернуться назад