Türkiyədə Xeyir və Şərin hansının qalib olacağını bəlli edən gün çox yaxındır. Bir tərəfdə İslami dəyərləri, İslamla İzzət tapmış türkü təmsil edən İslam məzhəbli Ərdoğan, digər tərəfdə Xorasan əsilli, sol kommunist təmayüllü, İran aşiqi , özünü " alevi " elan edən, Peyğəmbərimizə ( s. a. e) " dilsiz şeytan " deyərək özünü batıran Kılıcdaroğlu, dədəsi vaxtilə Sultan Abdulhamidə qarşı erməni üsyanında iştirak edən ( öz dilindən video şərh yerində) , " Əli aşiqi " ( paylaşılmış videoda) Meral Akşener, Böyük Türkiyəni param parça etmək məqsədi ilə yəhudi qrupları ilə birgə "Kürd projesi" üçün çalışan Ümit Özdağın( Mossad tərəfindən bu məqsədlə yaradılmış ASAM mərkəzi vasitəsilə ; bu barədə ətraflı dəlillər şərh yerində) yaxını , fars məzhəbi əqidəli Sinan Oğan , İB başqanı olub Pkk azarkeşi olan Əkrəm İmamoğlu və digər yandaşları... Yəni, tam mənası ilə Abdulla ibn Səbanın ( rafiziliyin əsasını qoymuşdur) və batini Haşhaşilərin Türkiyədə " partiyalaşmış " təmsilçiləri...
Bu seçimlərdə gerçək türk müsəlmanının ürəyi Ərdoğanladır, tam tərsi, heç bir dini həssasiyyəti olmayan, ateist kəsimin, Alisiz " alevilərin " , Pkk yanlılarının, İran aşiqlərinin və mason "uşaqlarının " dəstək verdiyi bay Kamal, Akşener və Sinan Oğan güruhudur...
Ərfoğanın məğlub olmasını hətta qəlbində belə olsa istəyən şəxs, Ərdoğan düşər də ( Allah etməsin), Suriya, İraq, Liviya və digər İslam ölkələrində olduğu kimi iç savaş çıxarsa, təcavüzə uğrayan hər qadın, öldürülən hər körpə və yetişkin insan üçün ( 6- lı masa deyilən solçu kommunist blokun qara niyyətlərini Rəbbimiz puça çıxarsın) Allah qarşısında məsuliyyət daşıyır.
Seçimdə 2 blok var, 1-si solçu kommunist bloku ; bu tamam şər və heç bir xeyir yoxdur, heç... İçindəkilər hamısı İslam və Türkiyə düşməni, ölkəni parçalamaq niyyətlərini heç gizlətmirlər də... 2- si isə Ərdoğan bloku, burada insanlara xeyir vardır, təbii ki, xətaları da ola bilər, nə Peyğəmbər, nə də Rəsuldur, amma İslamı təmsil edir, ordu, müasir silah növləri və Pua sənayesini haradan haraya gətirib çıxardı, hamımıza bəllidir bu. 2- ci Qarabağ savaşında da qardaşlarımızla müttəfiqlik sayəsində öz sözümüzü və gücümüzü daha rahat şəkildə qlobal güclər qarşısında nümayiş etdirə bilirik, həmd olsun Allaha!
Yaxşı, Peyğəmbərimizə ( s. a. s) " dilsiz şeytan" deyən bu " alevi" bay Kamalın dədəsi o zaman niyə qaçırdı Xorasandan? Deyir, " Sultan Yavuzla şah İsmayılın savaşından sonra atam Xorasandan qaçıb, Konyaya, Ağşəhərə sığındı ".
Dədən düz idisə, Sultana xəyanəti yox idisə, niyə doğma yurdunu qoyub qaçırdı? Böyük Sultan Yavuzdan yanıqlı qalan bay Kamal...
Dahası, Meral Akşener deyir, " Alimi, Müaviyyəmi? O zaman Əlinin zamanında olsaydım, ya mədəd Əli,deyərək , Əlinin tərəfində olardım"... Bəs laik idi, dini siyasətə qatmırdı... Amma burada keçə bilmir müsəlmanlara " torba tikməkdən " , çünki, fürsətdir, rafizi " Əhli Beyt" dinindən olduğunu açmalı, " Əli aşiqlərindən " oy almalıdır ...
Bildiyimiz kimi, Əlinin ( Allah ondan razı olsun) xəlifəliyi dövrü bütünlüklə iç savaş hakim olmuşdur, müsəlmanlar Xilafətin daxilinə xaricdən ( Sasani İranı, Rum və. s) sızmış casusların şeytani fitnələri ilə bir biri ilə toqquşmuşlar... Cəməl, Nəhrivan və Siffin döyüşləri... Hər 3 savaşda tərəflər müsəlmanlar oldu. Bu döyüşlərin ardından xarici və şiə firqələri çıxdı, sonra Qərmətilər, batini xaşxaşilər, rafizi Fatimilər, rafizi Buveyhilər , Səfəvilər, daha sonra eyni kanal və əqidə ilə İran və Suriya rejimləri... Xərçəng beləcə metastaz verdi... Və törədikcə də müsəlmanlara bəla və qara yara oldular... Hansı taktika və şüarla? Əlbəttə ki, " Əhli Beyt " adı və qondarma " dinləri " ilə... Tarixin bütün keçidlərində müsəlmanlara " Ya Əli mədəd " , " Ləbbeykə ya Hüseyn " deyərək hücum etdilər, Xilafəti, Səlcuqları və Osmanlını pərişan etdilər...
İndi bu Akşener niyə 1400 il əvvəlki Əli və Müaviyyə savaşlarını yada salır, Əlini sevdiyindənmi, imanın gücündənmi? Heç bir təsadüfilik və bekarçılıqdan deyil bu mövzular... O, sadəcə belə bir şeytan mesajı ötürməkdədir -" ey türk milləti, özünüz özünüzlə savaşın, qətl edin bir birinizi" ...
Diqqətli olun, Həsən Səbbahın törəmələri daim, usanmadan o zaman səhabələr arasındakı savaşları qabartmaqla , məzhəb çatışmalarını körükləmək, müsəlmanları param parça etmək niyyətindədirlər.
Əsl həqiqətdə niyə Müaviyyəyə nifrət edir bu soysuzlar? İslam tarixinə baxın, Əli xəlifə olarkən Müaviyyə də məqam sahibi idi, Şamı idarə edirdi, səhabə Amr ibn As da həmçinin.... Xilafətdə nüfuz və söz sahibi idilər. Sasani İran casusları olan " killerlər" eyni zamanda Əlini də, Müaviyyəni də, Amr İbn Ası da öldürməli idilər, İslam dövlətini birdəfəlik məhv etmək, xəlifə Osmanın toplayıb 80kq - lıq dərilərə yazdırdığı pak Quranı itirmək məqsədi ilə( neçə ki, az əvvəl bədbəxt xəvaricləri və bəfəviləri ətraflarına yığıb Xəlifə Osmanı vəhşicəsinə öldürmüşdülər) . Amma alınmadı, təkcə Əlini şəhid etdilər, As yaralandı, Müaviyyə isə qurtuldu, sonradan Xilafətə sızmış ,indiki deyimlə desək Sasani İran casusları olan " kəriməçiləri" Xorasanadək qovdu, İslamı xilas etdi, Allah ondan razı olsun!
Bu Akşener belə bir simadır. Ərfoğana deyir, dədələrimiz Sultan Abdulhamidi taxtdan saldığı kimi, biz də səni endirəcəyik... ( video şərh yerində, yəni, 1908 , 31 mart olaylarından danışır , 'İttihad və tərəqqi" adı ilə pərdələnmiş mason lojasının ( yəhudi vəkil Emmanuel Karasso idarə edirdi) 1908 və 1909 - cu il çevrilişləri ilə Sultanı devirib, Osmanlını necə yıxdıqlarından ləzzətlə danışır) . Amma, o bilməlidir ki, Ərdoğan Abdulhamidə yox, Sultan Yavuza bənzəyir...
Akşenerin də, Abdulhamiddən kəsəcəyi var imiş demə. Çünki, dədəsi Diyarbəkirdə idi və erməni üsyanına qatılmışdı, hədəf erməni dövlətini qurmaq idi, Sultan Abdulhamid " Hamidiyyə " adlı kürd döyüşçü birlikləri qurdu, erməni üsyanını yatırdı, sonra bunun dədəsini Diyarbəkirdən Yunanıstana sürgün etdi( öz dilindən videosu şərh yerində) ... Dediyim kimi, Abdulla ibn Səbanın törəmələri, xaşxaşilərin varisləri...
Hələ bu Ümit Özdağın yaxını olan " Əli şiəsi" Sinan Oğan... Sinanın "Rəisi " bu Ümit Özdağ yəhudi qrupun düzənlədiyi " Asam " təşkilatı vasitəsilə ( bu barədə bütün dəlil və sübut olan videokadrlar şərh yerində) kürd projesi naminə çalışan, Yəni Türkiyəni bölmək üçün çalışan bir tipdir. Bu iki " türk" birlikdə " atalar ittifaqı" deyilən bir qurum da düzüb qoşublar. Hansı atalar? Məgər ataları yəhudilərdirmi?
Sinan Oğan Türkiyə cəfərilərinin lideri, Hizbullah ( daha doğrusu Hizbuşşeytan)yanlısı olub Hizbullah lideri Hasan Nasrullah ilə görüşləri olan ( Hər halda İrandəstəkli bu terrorçu təşkilatın başçısı ilə müsəlmanlara ərzaq yardımı barədə müzakirələr aparmazlar yəqin ki ) Bəşər Əsədi daim mədh edən İstanbul Zeynəbiyyə məscidində xütbələr verən Səlahəddin Özgündüzlə birlikdə TBMM - də yer də almışdılar, tədbirlərdə də çox vaxt birlikdə foto çəkdirirdilər.
Görüldüyü kimi, bunlar iddia edir ki, biz üstünük, aleviyik, kutsal qanlıyıq(bay Kamal) , bizə oy verin... "Əli şiəsiyik ( laik də olsaq eyb etməz) , Ərdoğan və tərəfdarları isə Müaviyyəçidirlər, biz ali və üstünük...( Akşener) .Batini rafizi əqidəsinin gerçək təzahürü, eynən fars mənşəli dinin şeytani mahiyyətli " İmamət" konsepsiyası... Hakimiyyət imamlarındır ( yəni, özünü onlara nisbət edənlərin) , bu " kutsal soy" bütün sıravi müsəlmanlardan ucadadır, qeyriləri isə heç iman əhli deyil... Əhli Beytin "monopoliya" edilməsinin təhlükəsi baxın, budur...
İranın Türkiyədə gizli sızıntısı və təşkilatlanması gün kimi açıq aşkardır. Bu quruluşlar məqam və hakimiyyət əldə etdikdən sonra getdikcə silahlanacaq və iç savaş çıxaracaq.
Ərdoğan düşərsə ( Allah qorusun) dərhal sonra, düşürə bilməsələr Türkiyədə 5- 10 il sonra hakim olacaq zəif iqtidar gəldikdən sonra dövləti içindən ələ keçirməyə çalışacaqlar. İran Sultan Səlimdən bəri 500 il Türkiyəni fəth etmək istədi, amma Allah bu bəladan ümməti qorudu. Bu xain ittifaqın içində türk millətçisi, laik, solçu, hər cür təmayül var, hamısı da Türkiyəni ildən ələ keçirmək üçün İran törəmə viruslarının ittifaqı...
Bu baxımdan Kamal Kılıcdaroğlu, Türkiyə Cəfərilər lideri Səlahəddin Özgündüz, İB başqanı Əkrəm İmam oğlu, Canan Kaftançıoğlu, Sinan Oğan ən üzdə olan, kritik şəxslərdir. ( Bu barədə geniş video materiallar şərh yerində).
Özünü müsəlman hesab edən , nə millətdən olursa olsun Allaha və axirət gününə inanan kəs bu davada Ərdoğanın və qardaş Türkiyəmizin yanında olmalıdır. Onun uğur qazanması, cildə girmiş şeytanların məğlubiyyəti üçün əlindən nə gəlirsə etməlidir.
Bacarırsa əli ilə, bacarırsa dili ilə, heç olmasa qəlbi ilə( dua etmək) mübarizə aparmalıdır . Çünki, Ərdoğanın qalibiyyəti qardaş Türkiyənin qalxması deməkdir, bu isə Azərbaycan üçün çox vacibdir. Əks təqdirdə bölgə İraq və Suriyadan da betər qan gölünə dönəcək, günahsiz insanlar qətl ediləcək, bu işə hətta qəlbən də olsa razı olanlar isə Allah qarşısında hesabat verəcək.
Videolar barədə.
1) Kılıcdaroğlu niyə Peyğəmbərimizə ( s. a. s) " dilsiz şeytan" deyir?
2) Kılıcdaroğlunun dədəsinin Sultan Yavuz və şah İsmayıl savaşı zamanı İran Xorasanından Türkiyəyə qaçması öz dilindən.
3) Kılıcdaroğlu " Mən aleviyəm, mənə oy verin" .
4) Laik Meral Akşener Ərdoğanın qalib gəlmək üçün " Əli şiəsi" - də ola bilir, öz dilindən.
5) Türkiyə TBMM - nə sızmış Hizbullah aşiqi, Türkiyə Cəfərilər Lideri Səlahəddin Akgündüz Türkiyə torpaqlarını nəzərdə tutaraq -" Bu torpaqları fəth edənlər şiələr idi" deməsi.
6) Türkiyə xüsusi xidmət orqanlarının zabiti Türkiyə içinə sızmış hizbullahçılar barədə.
7) Ərdoğandan bay Kamalın " alevi" oluşuna dair maraqlı yanaşma tərzi.
8) Ərdoğan burada ona qarşı olan ittifaqın iç üzünü real olaraq açır.
9) Ərdoğandan Sünnə duaları.
10) İranın Türkiyə və Azərbaycana kamikadze dron hədəsi ilə bağlı Yusif Alabarda.
-"Ümmanda su bitər, mollada palata bitməz".
" 2 dronla Türkiyəyə göz dağı verməyi zənn edirsənsə o kamikadzelərdən 100qat təsirlilərini Təbriz və Tehranın küçələrində görəcəklər".
" Evləri candan olanlar başqalarının evinə daş atmasınlar".
" Hər yerdə bir Qüds dosyası açdı, Livanda açdı, Livan qalmadı, Suriyada açdı, Suriya yerlə yeksan oldu, şəhərlər dağılarkən küçələrdə posterlər Qasım Süleymani və Xomeyninin fotoları asıldı, beşikdəki körpələrdən qocalara qədər heç kimə acımadılar, İran milis dəstələri adı altında insanları qətl etdilər".
ANAR ABİYEV
sosioloq