MUSA QASIMLIYLA VİRTUAL SÖHBƏT
İGİD TEYMURLU
MÖVZU YARDIMLI HƏQİQƏTLƏRİNIN BİR QİSMİDİR
Sizdən YARDIMLININ SAYSIZ-HESABSIZ PROBLEMLƏRİylə bağlı danışmağı, yazmağı istəmirəm. Onsuz da nə danışan, nə də yazan deyilsiniz, hörmətli tarixçi professorumuz MUSA QASIMLI!! Amma hərdən öz içinizdəki "mən"inizlə də danışın.
"QAFQAZŞÜNASLIQ" adlı uydurma mövzunun da başını bir yana buraxın. Elə yarınma mövzusunda mədhiyyə söyləməyi də. Çünki ZAMANIN YETİŞDİRDİYİ LİDERLƏRə zaman özü qiymət verib və bu qiymət xalqın yaddaşında əbədiyaşardır.
Bu mənada Mir Yüsübün, Mir Əhmədin cəddi haqqı, Fatinin dədəsinin cəddi haqqı, bütövlükdə Yardımlı seyidlərinin cəddi haqqı, Həzrət Abbasın düşən qolları haqqı Sizin mədhiyyə söyləməyinizə heç kimin ehtiyacı yoxdur. Siz bir tarixçi olaraq birbaşa dövlət və millət maraqlarımıza xidmət edən tapdalanan, unudulan, unutdurulan gerçək tariximizə işıq tutsanız, vallahi bu, Sizin oxuduğunuz ən gözəl mədhiyyə olar. Siz liderlərin yürütdükləri siyasi kursa kömək edəcək addım atmaq istyirsinizsə, bacarığınız və əməlinizlə bu işə töhvə verməlisiniz, cənab tarixçi professor.
Yox bunu etmirsinizsə, demək ki, əməlinizdə, danışığınızda və yazılarınızda bir riyakarlıq var ki, fərd olaraq mən buna qətiyyən inanmaq istəməzdim. Siz də bu konuda əməli addım atın ki, şübhədə olan seçiciləriniz də buna inansın...
Hörmətli Musa müəllim, siz tarixçisiniz. Özünüzün də dediyiniz kimi, "sovet tarixşünaslığında ən gənc professor" olmusunuz.
Pək əla! Bəs nəticə hanı?
Dəyərli professor, doğulub boya başa şatdığınız Yardımlı rayonunda MƏQSƏDLİ ŞƏKİLDƏ MƏHV EDİLƏN TÜRKİZMLƏR, İT BATA SALINAN, TAPDALANAN TARİXİMİZ, SOVET DÖNƏMİNDƏ ZORƏN KÖÇÜRMƏ ( DEPORTASİYA) SİYASƏTİNİN QURBANINA ÇEVRİLƏN SƏRHƏD KƏNDLƏRİMİZ, O VAXTKI "NKVD"-NİN MƏKRLİ SİYASƏTİ NƏTİCƏSİNDƏ APARILAN ƏRAZİ BÖLGÜSÜ....BÜTÖVLÜKDƏ YARDIMLININ TARİXİYLƏ bağlı araşdırma yazıları ortaya qoymaq vallahi, nə mənim, nə də xalam oğlu Daxılın gücü daxilində deyil. Amma siz təqdim etdiyiniz Musa Qasımlısınızsa, məntiqlə bunu bacarmalısınız. Öyləsə, nədən bizlərin bu tarixi bilməmizə yardımçı olmursunuz?
Axı Sizdən nə dəvə, nə də at istəyən yoxdur!
Nə olar ki, 2 ayda bir rayondakı kəndlərə təşrif buyurasınız, bulunduğunuz kəndin tarixiylə bağlı məktəblərdə görüş keçirib yerli camaatı bilgiləndirəsiniz, suallarına cavab verəsiniz.
Axı nədir Sizi qorxudan!? Heç millət vəkili də öz seçicisindən bunca qorxarmı, bunca çəkinərmi, bunca aralı düşərmi!?
Belə də ki, heç çəkinməyin, qorxmayın. Sayənizdə Allaha şükür, dərsə gedənlərimiz azalsa da, hər cür qorxunu aradan qaldıran mollalarımız şoxalıb. Ki, gərəkərsə, zənnimcə öz köməklərini Sizdən əsirgəməzlər..
Kimdir, nədir sizi bu işdən yayındıran? Bəs bu tarixi biz kimdən öyrənək?
Kimə nəyi və necə sübut edək?
İllərdir ki, ölkənin ən ali qanunverici orqanında Yardımlını təmsil edirsiniz...
"Yolumuz yoxdur" - dedik, - dinmədiniz, dinləmədiniz, eşitdirmədiniz!!!
"Suyumuz yoxdur" - dedik, - dinmədiniz, dinləmədiniz, eşitdirmədiniz!!!
"Qazımız yoxdur" - dedik, - dinmədiniz, dinləmədiniz, eşitdirmədiniz!!!
"Təhsilimiz sıfırdan bir az yuxarıdır, məhv oluruq!" - dedik, - dinmədiniz, dinləmədiniz, eşitdirmədiniz!!!
"Səhiyyəmiz ümumiyyətlə məhv olub, həkimlərimiz hamısı sosial çətinliklər üzündən hamısı qaçır!" - dedik, - dinmədiniz, dinləmədiniz, eşitdirmədiniz!!!
"Mədəni-maarif müəssisələrimizin məhv edilməsi, işsizliyin baş alıb getməsi üzündən gənclərimiz narkomaniyaya, pis vərdişlərə meyillənir!" - dedik, - dinmədiniz, dinləmədiniz, eşitdirmədiniz!!!
Və saymaqla bitməyən yüzlərlə problem....
Və bütün bunların qarşılığında Sizin susqunluğunuz...
Məişət leksikonuyla desəm, Allahınız olsun, heç oımasa tariximiz məsələsində bunca susmayın da!!!
Demirik ki, fəaliyyətinizin sərhəddi rayonda ancaq öz qohum- əqrəbalarınıza gün ağlamaq, onları işlə təmin etməklə sərhədlənib. Deyirik ki, eyb etməz, heç olmasa Sizin qohum-əqrəbaların timsalında 10-15 Yardımlı ailəsi Allahın gününü görür və buna da min şükür....
Və ən əsası deyirik ki, dəyişdirilən toponimlərin yenidən bərpasına çalışın, həqiqəti söyləyin, haqqın yanında olun! Farslaşdırılan türkizmlərin qorunması istiqamətində səlahiyyətiniz çərçıvəsində iş görün. Allahın Sizə bəxş etdiyi elmin sayəsində Yardımlı həqiqətlərini ortaya qoyun...
Vallahi Sizdən YARDIMLININ SAYSIZ-HESABSIZ PROBLEMLƏRİylə bağlı danışmağı, yazmağı istəmirəm. Onsuz da nə danışan, nə də yazan deyilsiniz, hörmətli tarixçi professorumuz MUSA QASIMLI! Amma insaf da dinin yarısıdır. Heç olmasa öz içinizdəki Musa Qasımlının xatirinə tarixi həqiqətlərin ortaya çıxmasında, hifz olunmasında, cəmiyyətimizin maariflənməsində əməyinizi əsirgəməyin! Göstərdiyiniz xidmət qədərində Sizə sayğılarla...
10-06-2023, 14:07
Вернуться назад