DataLife Engine / Təbrizlilər Rəisinin yolunu kəsdilər

Təbrizlilər Rəisinin yolunu kəsdilər






Təbrizdə iyunun 9-u günortadan sonra İran Prezidenti İbrahim Rəisiyə qarşı etiraz aksiyası keçirilib.

Tv 713.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar.

Aksiyaçılar iki günlük səfərini başa vurub, Təbrizi tərk etmək üçün hava limanına yollanan İran prezidentinin kartejinin qarşısına çıxmaq istəyiblər.

Prezidentin verdiyi vədlər və səfərin nəticələri ilə bağlı sualları olduğunu deyən etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. Əraziyə çox sayda xüsusi təyinatlı qüvvələr cəlb olunub.

Yol bağlandığı üçün İbrahim Rəisinin kortejinin marşrutu dəyişdirilib.
10-06-2023, 14:28
Вернуться назад