DataLife Engine / FTX Şoyqu və Gerasimovun istefasını istəyir

FTX Şoyqu və Gerasimovun istefasını istəyir





Rusiya xüsusi xidmət orqanlarının bir sıra nümayəndələri Baş Qərargah rəisi Valeri Gerasimov və müdafiə naziri Sergey Şoyqunun istefaya göndərilməsinin tərəfdarıdırlar.

Tv 713.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, FTX-dəki bəzi sərt xətt tərəfdarları ölkənin hərbi rəhbərliyində dəyişiklikdə israr edən “Vaqner” rəhbəri Yevgeni Priqojinin tələblərini dəstəkləyib. Hətta onların Ukraynada daha aqresiv müharibə aparmağı, ölkədə hərbi vəziyyət və irimiqyaslı səfərbərlik elan edilməsini istədikləri vurğulanıb.

“Lakin hazırda Kremlin Şoyqu və Gerasimovu vəzifələrindən uzaqlaşdırmağa hazırlaşdığına dair heç bir əlamət yoxdur. Əksinə, hakimiyyət ölkənin hərbi rəhbərliyini tənqid edənləri cəzalandırır. "Vaqner" qiyamından sonra Priqojinə yaxın olan general-polkovnik Sergey Surovikin dindirildi və yoxa çıxdı”, - nəşr bildirib.
21-08-2023, 11:58
Вернуться назад