DataLife Engine / Bakının qələbəsi: Ağdam-Xankəndi yolu işə düşür

Bakının qələbəsi: Ağdam-Xankəndi yolu işə düşür





Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrildi.

Tv 713. az xəbər verir ki, bu yolla ermənilərə ərzaq yükü çatdırılacaq.

Bu, Bakının növbəti qələbəsidir, çünki Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi - Azərbaycanın ərazisindən keçməklə göndəriləcək.

Azərbaycan Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiyasında qərarlı olduğu üçün, Ermənistan da ölkəmizin daxili işlərinə qarışmamalı, erməni azlıqların inteqrasiyasına xələl gətirməməli, separatizmi qızışdırmayaraq öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

Bundan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin də malları Ağdam-Xankəndi yolu vasitəsilə daşınacaq. Laçın yolu isə yalnız sözügedən marşrut işə düşənə kimi Komitənin malları üçün açıqdır. Belə ki, Laçın yolunda Azərbaycanın gömrük-hüquqi rejimi fəaliyyət göstərir.

Bildirək ki, Ağdam marşrutunun açılışı Bakının Qarabağdakı Ermənistan tərəfindən dəstəklənən və maliyyələşdirilən bütün erməni silahlı dəstələrinin çıxarılması barədə tələblərini ləğv etmir.

10-09-2023, 05:28
Вернуться назад