713-ÜN QANLA, DƏLLALARINSA MƏKRLƏ YAZDIQLARI “TARİX”
İGİD TEYMURLU
DEYİLƏNLƏR GƏLİB BAŞAO zaman uşaqlar zarafatlaşardı ki, vaxt gələcək erməniyə cavab olaraq güllə atdığımıza görə bizi qınayacaq, özümüzü günahkar çıxaracaq və bu günümüzü topa tutacaqlar...
Bax bu günün məmurları və erməni sevdalıları o dönəmdə zarafatla deyilənləri icra edən personajlar qusmində günümüzü göy əskiyə güyünləməklə vətəndaşına sahib çıxa bilməyən Dövlət obrazına cəmiyyətə təqdim etmədədilər...
Zamanında döyüşçüsü olduğum 713 saylı taborun qəhrəmanları da bu günün arzuolunmayan həmin tamaşasının seyrçisinə çevrilib.
713 saylı taborun apardığı döyüş əməliyyatları o zamankı Müdafiə Nazirliyi tərəfindən bu və ya digər formatda kölgədə qalsa da, ancaq zaman keçdikcə o pərdələr qaldırılır və əsil həqiqətlər üzə çıxır. Bu taborun Laçın və Ağdərə istiqamətlərində uğurlu əməliyyatları hətta ermənilərin özləri tərəfindən vahiməylə qarşılanıb. Şahidlər vurğulayırlar ki, bunu o zaman məhz 713 saylı taborun əsir götürdüyü ermənilərin üzərindən götürülən sənədlər və həmçinin onların söylədikləri də təsdiqləyirdi. Həmin ifadələrdən birində göstərilirmiş ki, Hoçaz kəndini və Hoçaz yüksəkliyini götürəcəyi təqdirdə sovet ordusunun peşəkar zabitlərindən olan Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinə Ermənistanın prezidenti olacağı vəd edilmişdi.
Ermənilərin belə önəm verdikləri strateji yüksəkliyi qorumağı bacaran 713 saylı taborun döyüşçülərinin vətənpərvərlikləri nəinki qiymətləndirildi, hətta onların bu qəhrəmanlıqları bir çox hallarda tarixin yaddaşından silinməyə də çalışıldı və indi də silinir.
Amma o Şəhid qəbirləri, o əlillər, o haqqı tanınmayan 713 saylı taborun veteranları canlı tarixlərdir. O günün tarixini bunlar danışacaq və danışırlar da...
Bu hakimiyyət o döyüşüçlərə bir əlçim kağızı görsə də, Onlar yollarından sapmadılar və sapmayacaqlar da.
“Sonradan qoca tarix göstərdi ki, bizim qanımızla yazdığımız şanlı tarix məhz nəcməddinlərin məkrləriylə yazdıqları tarix hesabına keçilməz sədlər sayəsində görünməz olub və təəssüf ki, hələ də bu proses davam edir”...
Bunu o günün canlı tarixlərindən olan 713 saylı taborun döyüşçüləri deyirlər...
Nə qədər acınacaqlı olsa da, bütün texniki imkanları və silah ehtiyatları baxımından ermənilərdən dəfələrlə zəif durumda olan 713 saylı taborun döyüşçüləri həmin Hoçaz kəndini və sonradan Hoçaz yüksəkliyini öz qanları bahasına olsa da düşmənə vermədilər. Və o zaman ermənilərin yüksək rütbəli peşəkar zabitlərindən olan Kazaryanları, Kasparyanları daşnakların qanından yaranan gölməçədə boğdular...
Daşaltıda, Umudluda, Xocalıda, Başlıbeldə sinəmizə çəkilən çalın-çarpaz dağların qisası Mişnidə, Bülüldüzdə, Pircahanda, Hoçazda, Laçının və Ağdərənin digər kəndlərində necə lazımdısa alındı..
“Qazancımız” yarıtmaz məmurların, əxlaqsız hakimlərin timsalında Dövlət Babanın, həmçinin embrionlarını kol dibindən təcəlla edənlərin dilndən səslənən “siz nə etmisiniz ki, torpaq satmısınız da” cümləsi oldu.
BU KƏSLƏR ONU DÜŞÜNMƏDİLƏR Kİ, onun anası, bacısı bu gün onların yanındadırsa, bu xoşbəxtliyi onlara verən məhz keçmiş döyüşçülər olub!
BU KƏSLƏR ONU DÜŞÜNMƏDİLƏR Kİ, o zaman erməni daşnakları “Böyük Ermənistan” xülyasından irəli gələn indiki Azərbaycan ərazisinin 4 yerə parçalanması planını həyata geçirmək istəyirdilər!
BU KƏSLƏR ONU DÜŞÜNMƏDİLƏR Kİ, o zaman erməni faşizmi Bakıda da erməni dövləti yaratmaq istəyirdilər!
BU KƏSLƏR ONU DÜŞÜNMƏDİLƏR Kİ, elə 713 saylı tabor da daxil olmaqla əgər rus və erməni birləşmələrinin hücumunun qarşısı alınmasaydı ondas 20 faiz yox e, qalan 80 faiz torpaqlarımızdan neçə faizi işğal olunacaqdı.
VƏ BU KƏSLƏR DÜŞÜNMÜRLƏR Kİ, onda bax bu 44 günlük müharibədə bizim itkillərimiz 3 min deyil, 300 min olacaqdı!!
VƏ BU KƏSLƏR görən rəhmətlik Elçibəydən, rəhmətlik Heydər Əliyevdən daha böyük qanunpərəstdirlər ki, ONLARIN qəbul etdiklərini bu cocuqlar qəbul etmirlər!?
Bütün bu deyilənlərin fonunda 713-ün də timsalında keçmiş döyüşçülərin qazancı Vətən oldu, ancaq Vətən övladlarını unudan o zamankı siyasi və hərbi rəhbərliyin yanlışlığı, səhvi, qərəzi ucbatından bu taborun qəhrəmanlıqları unuduldu, döyüşçülərin haqqı tanınmadı, onların tam əksəriyyətinə veteran statusu belə verilmədi. Bilərəkdən, ya da bilməyərəkdən sənədləşmədə edilən səhvlər ucbatından bu günün özünədək 713 saylı taborun döyüşçülərinin haqqı tanınmır.
Sonrakı dövrlərdə məhz Rəhim Qazıyevin zamanında Müdafiə Nazirliyində geniş kök atmış Nəcməddin Sadıqov çetesi öz gələcək məkrli addımlarını əsaslandıracaq oyunlar qurmaq üçün xəyanətə bərabər gedişlər ediblər. Məhz həmin çetenin bilərəkdən, ya da bilməyərəkdən atdıqları addım bu günün özünədək o günün döyüşçülərinin haqlarının tanınmasına keçilməz səd olub. Nə yazıq ki, sonrakı dövrlərdə də bu prinsip əsas götürülməklə o Şəhidlərin də, o Əlillərin də, o döyüşçülərin də haqqı indinin özünədək tapdalanmaqdadır...
713 saylı taborun döyüşçüləri “ablavalar”da tutulub cəbhə bölgəsinə gətirilən adamlar olmayıblar, bu taborun döyüşçüləri hamısı könüllü olaraq Vətənin azadlığı uğrunda canını fəda etməyə hazır olan Canfədailər Ordusu olub. Bu adamları hansısa sənədləşmə işi düşündürməyib.
DÜŞÜNDÜRSƏYDİ, rəhmətlik Əbülfəz Elçibəy dönəmində “3 gün əsgəri xidmətdə olana veteran statusu verilsin” imtiyazından yararlanar və sinə qabardardılar.
DÜŞÜNSƏYDİLƏR, rəhmətlik HEYDƏR ƏLİYEVin hətta fərariləri belə bağışlama, əfvetmə sərəncamından yararlanardılar.
DÜŞÜNSƏYDİLƏR, 1994-19980-Cİ İLLƏR ARASINDA 200 MANATA SATILAN VETERAN İMTİYAZI ƏLDƏ ETMƏK BARƏDƏ ÇABA GÖSTƏRƏRDİLƏR...
DÜŞÜNMƏDİLƏR.
ÇÜNKİ 713 saylı taborun döyüşüçərini düşündürən ancaq və ancaq düşməndən qisas almaq, Şəhid Qardaşlarının intiqamını düşməndə qoymamaq hissi olub. Nə yazıq ki, bunca illər ərzində nə Azərbaycan məhkəmələri, nə də Müdafiə Nazirliyi o döyüşçülərin bu vətənpərvər duyğularını görməyib, hiss etməyib.
VƏ ELƏ BUNUNLA DA HƏM MƏHKƏMƏLƏR, HƏM DƏ AİDİYYATI İNSTANSİYALAR DÖVLƏTLƏ VƏTƏNDAŞ ARASINDA SİYASİ UÇURUM YARADIBLAR! RƏHMƏTLİK ELÇİBƏYİN, RƏHMƏTLİK HEYDƏR ƏLİYEVİN SƏRƏNCAMLARINI GÖRMƏZDƏN GƏLMƏKLƏ SİYASİ VƏ HƏRBİ ƏXLAQSIZLIQ NÜMAYİŞ ETDİRİBLƏR VƏ ETDİRMƏKDƏDİLƏR.
Bütün bunlarsa döyüşçülərdən daha çox, yetişən nəslə mənfi təsir göstərdi. Bax bütün bunları nəzərə alaraq 713 saylı taborun döyüşçüləri yetişən nəsildə vətən sevgisini yaşatmaq üçün, yetişən nəslin Vətənə məhəbbət ruhunda böyüməsi üçün həm də özlərinin timsalında onlara olan laqeyd münasibətə baxmayaraq Azərbaycan əsgərinin haqqının tanınması, haqqının verilməsi məqsədilə yaralı xatirələrini dilə gətirir, Şəhid qardaşlarının Ruhunu əziz tutur və Ali Baş Komandanın əmrini gözləmələrini hər zaman fəxarətlə bəyan edirdilər.
Təsadüfi deyil ki, Qarabağ uğrunda gedən savaşın 2020-ci ildəki növbəti fazasında Ali Baş Komandanın əmrinə ilk olaraq səs verən də 713 saylı taborun qoca döyüşüçləri idi. Ən azından buna Laçın rayon hərbi komissarlığı da şəhadət verə bilər. 44 günlük müharibədə 713 saylı taborun keçmiş döyüşçləri öz oğlanlarıyla birgə səngərdə vuruşdular, bu müharibədə 713 saylı taborun döyüşçülərinin övladları atalarının başladığı yolu qələbə ilə başa vurdu. Bu döyüşdə 713 saylı taborun döyüşçüləri ordumuzun ərzaq və geyim təminatında ən öndə gedən yurd sevdalılardan olmalarını canla başla ortaya qoydu.
BÜTÜN BUNLARIN MÜQABİLİNDƏ DÖVLƏT BABA YARITMAZ MƏMURLARIN, ƏDALƏTİ PARADA VƏ ƏXLAQSIZ MƏMURLARIN ŞƏHADƏT BARMAĞINDA GÖRƏN MƏHKƏMƏLƏRİN UCBATINDAN HƏLƏ DƏ ÖZ ƏSGƏRİNƏ SAHİB ÇIXA BİLMİR. HAQQI TANINMAYAN 713 SAYLI TABORUN DÖYÜŞÇÜLƏRİNİN TİMSALINDA CANFƏDAİLƏR ORDUSU ÖZ ÖVLADLARINA DÖVLƏTİN ONLARA OLAN MÜNASİBƏTİ FONUNDA YURD SEVGİSİNİ AŞILAYA BİLMİRLƏR. QORXURLAR Kİ, ÖVLADLARI ONLARA “BUDURMU VƏTƏNİN ONU SEVƏNLƏRƏ VERDİYİ QİYMƏT!?” SUALINI ÜNVANLAYAR!!
MƏHKƏMƏLƏR VƏ MÜDAFİƏ NAZİRLİYİ O QƏDƏR HARINLAYIB Kİ, HƏTTA “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV”İN 1995-Cİ İLDƏ VERDİYİ SƏRƏNCAMI BELƏ TANIMIR. HALBUKİ QANUNDA GERİYƏ YOL YOXDUR. VƏ QANUNDA GERİYƏ YOL YOXDURSA, ONDA NƏDƏN KEÇMİŞ DÖYÜŞÇÜLƏR O İLLƏRİN DEYİL, BU GÜNÜN DİKTƏSİLƏ QƏBUL EDİLƏN YARITMAZ QANUNLARIN DİLİYLƏ SORĞU SUALA ÇƏKİLİRLƏR?
GÖRÜNƏN BUDUR Kİ, BU DÖYÜŞÇÜLƏRİN ƏN BÖYÜK GÜNAHI ERMƏNİYƏ GÜLLƏ ATMALARI OLUB.
KEÇMİŞ DÖYÜŞÇÜLƏRƏ MÜNASİBƏTİN NORMALLAŞMASI ÜÇÜN MÜTLƏQ VƏ MÜTLƏQ ALİ BAŞA KOMANDANIN SƏRƏNCAMINA EHTİYAC VAR!!..
Bax bundan sonra keçmiş döyüşçülərə qarşı öz sevimli yeməyini yeyən qarğalar tək sinə qabardanlar qablarındakını biləcək və cəmiyyətimizdə normallaşma prosesi qalxan xətt üzrə hərəkət edəcək. Çünki bu zamanın bir loxma çörəyə möhtac edilən insanıyla bir loxmanı özünə qismət deyil, həqarət sayan dımbılqarın əxlaqsızları hamılıqla şəhadət barmağının əsiri kimi davranmaqda!
O zaman zarafatla deyilənlər gəlib başa. Axı bu KİŞİLƏR hardan biləydilər ki, yurd uğrunda axıtdıqları erməni qanı bugünün məntiqində onlara qənim kəsiləcək və üstündən 30 il keçsə də hələ də haqları tapdalanmaqda...
3-11-2023, 13:48
Вернуться назад