İDEALLARIMIZa qovuşduqca MİLLƏT olaraq böyüyür, Dövlət olaraq güclənirik. Azərbaycana bu BÖYÜKLÜYÜ, Azərbaycana bu GÜCÜ bəxş edən müqəddəs yurd yerlərimiz uğrunda gedən Savaşda Şəhid olmuş bacı və qardaşlarımızın Ruhları qarşısında ZƏFƏR ANDInı içmək üçün Xəzər rayonu, 185 nömrəli tam orta məktəbin 3 "c" sinfinin şagirdləri və adı çəkilən məktəbin müəllimləri bununla bağlı ŞƏHİDLƏR XİYABANI və Hərbi Qənimətlər Parkında olmuşlar.
Müqəddəs Vətən Savaşında canını fəda edən Şəhidlərimiz qarşısında baş əydiyini bildirən 185 saylı tam orta məktəbin müəllimi DİLBƏR TEYMURLU bizimlə söhbətində Qazilərimizə də Uca Tanrıdan can sağlığı dilədiyini və dövlətimizin varoluşunda hər kəsin bir əsgər olma zərurətini vurğuladı.
Dilbər müəllimin bildirdiyinə görə "qazandığımız ZƏFƏR YOLU GEDƏCƏYİMİZ uzun, incə yolun başlanğıcıdır. Hələ də Bizi səsləyən tarixi torpaqlarımız, qədim yurd yerlərimiz var. Yolumuz "QIZIL ALMA"yadır. Biz Bütöv Azərbaycan, biz Turan sevdalısıyıq. O XOŞ GƏLƏCƏYİN NAMİNƏ HEÇ NƏYİ VƏ HEÇ KİMİ UNUTMAYAQ, UNUTDURMAYAQ! Məhz bunu nəzərə alaraq bizim 185 nömrəli tam orta məktəb tədris prosesində vətənpərvərlik ruhunun aşılanması üçün bütün mümkün vasitələrdən istifadə edir. Şəhidlərimizin yad edilməsi və şagirdlərimizin qürurla Hərbi Qənimətlər Parkını ziyarət etmələri də bu qəbildəndir".
185 nömrəli tam orta məktəbin direktoru FUAD MİRZƏYEVin fikrincə "rus çarizmi tərəfindən ermənilərin Cənubi Qafqazda təbəəliyə götürüldüyü gündən biz indi Zəfərini qutladığımız savaşın içindəyik. Ermənilərin iddiaları artdıqca, iştahları böyüdükcə bizə də kutsal əmanətləri qorumaq yolundakı Şəhidliyimiz sahib çıxıb, BİZi yox olmaqdan hifz edib. Babalarımızın öygüləri, Dilək Duaları nəsildən nəsilə ötürülüb, yurdumuzun azadlığı uğrunda bütün zamanlarda Difai Fədailərimiz yetişib, mücadilə aparıblar, yurdu yaşatmaq üçün can veriblər, Şəhid olublar, Qazi olublar. Ali Baş Komandanımız cənab İlham Əliyevin komutanlığı altında 44 GÜNLÜK müharibədə uğur qazanmağımızın təməli o zamandan qoyulub - gah hərbi, gah da siyasi müstəvidə".
"Azərbaycanımızın Məkkəsi olan Şəhidlər Xiyabanında uyuyan ərənlərin baxışlarından sezilən bir həqiqət var: Azadlığımız yolunda axıtdığımız qan damcılarımızla boyanan bayrağımız bir daha yenməyəcək!". 185 nömrəli tam orta məktəbin hərbi rəhbəri MƏMMƏDOV VÜQAR bu qənaətdədir.
Dilbər Teymurlunun tədris metodikasını yüksək quymətləndirən 185 nömrəli tam orta məktəbin direktor müavini GÜLÜM CƏFƏROVAnın fikrincə "bayrağımızın daim ucalarda yüksələcəyinin qarantı yetişən nəsi də daxil olmaqla hamımızın timsalında Azərbaycan Əsgəridir, Millətimiz, Dövlətimizdir! Və bunun qarantı bizim şagirdlərimizin dilə gətirdikləri, səsləndirdikləri Zəfər andıdır".
Uca Tanrı bu Yolda millətimizə yar olsun! Bizi İDEALLARIMIZa qovuşduracaq Millətimiz, Dövlətimiz var olsun!