DataLife Engine / KÖNÜL İSMAYILOVA: "Prezident Azərbaycana qarşı qərəzli davranış sərgiləyən dövlətlərə mesaj verdi"

KÖNÜL İSMAYILOVA: "Prezident Azərbaycana qarşı qərəzli davranış sərgiləyən dövlətlərə mesaj verdi"








"Ermənistan öz utopik xəyallarının qurbanına çevrilib"


“Cənab prezident yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən danışdı. Eyni zamanda, Azərbaycana qarşı qərəzli davranış sərgiləyən dövlətlərə mesajlarını da verdi”.

 

Tv 713. az saytı xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsini şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmaylova deyib.

 

 

K.İsmayılovanın fikrincə ölkə başçısının hər bir suala verdiyi cavabda xeyli diqqətçəkən məqamlar var: "2024-cü ilin ilk ayında belə bir müsahibə tam mənası ilə yerinə düşdü. 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri, Xankəndidə, Xocalıda qaldırılan Azərbaycan bayraqlarının dalğalanmasından sonra cənab İlham Əliyevin bu son müsahibəsi gözlənilən idi və bu müsahibədəki mesajlar heç şübhəsiz ki, ünvanına çatmışdır. Prezidentin sülh müqaviləsi ilə bağlı açıqlamalarındakı mesajlar sülh danışıqlarının ikitərəfli olacağı əndişəsini yaşayanlara cavab idi”.

 

2024-cü ilin sülh ili kimi yadda qalacağına əminliyini vurğulayan Könül xanım onu da vurğuladı ki, prosesin ləngiməsi dövlət olaraq maraqlarımıza uyğun deyil: "Cənab Prezidentin də vurğuladığı kimi Ermənistan sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Onu da qeyd etmək yerinə düşər ki, Avropa İttifaqı, ABŞ və Rusiya ayrı-ayrılıqda sülhün öz platformaları çərçivəsində imzalanmasını istəyir. Burdan başa düşülür ki, hər zaman başqa dövlətin necə deyərlər, qanadları altında yaşamağa məhkum olan Ermənistan hələ də bu güclər arasında seçimdə qalıb. Azərbaycanın şərtləri əsasında müqaviləni imzalamayacağı təqdirdə Ermənistanın daim məngənədə qalacağı şəksizdir".

İkitərəfli danışıqların gerçək mahiyyyətinə toxunan Könül İsmayılovanın fikrincə Ermənistan öz utopik xəyallarının qurbanına çevrilib. Bu gün Ermənistan bölgədə separatçı meyillərin qızışdırılmasında katalizator rolu oynayan güclü dövlətlərdən sözün əsl mənasında canını qurtara bilmir. Düşünürəm ki, Ermənistanla Azərbaycan ikilikdə razılığa gəlməsə sülh danışıqları dayandırılacaq. Azərbaycan sülh danışıqlarının vasitəçilər olmadan imzalanmasını dəstəkləyir və bu mövqeyi dəyişməzdir”.


İgid Teymurlu
Tv 713.az
11-01-2024, 20:32
Вернуться назад