DataLife Engine / Leyla Əliyeva psixonevroloji müəssisədə - Fotolar

Leyla Əliyeva psixonevroloji müəssisədə - Fotolar

Leyla Əliyeva psixonevroloji müəssisədə - Fotolar


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib.

Beş.az xəbər verir ki, 1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.

Heydər Əliyev Fondu növbəti dəfə burada xüsusi qayğıya ehtiyacı olan insanlar üçün şənlik təşkil edib.

Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirə gələrək müəssisənin sakinləri ilə görüşüb, onlarla söhbət edib, burada yaradılan şərait, bu kateqoriyadan olan insanların müalicəsi ilə maraqlanıb.

1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Leyla Əliyeva psixonevroloji müəssisədə - Fotolar


Leyla Əliyeva psixonevroloji müəssisədə - Fotolar
10-05-2019, 12:09
Вернуться назад