DataLife Engine / Bayden adminstrasiyasından Rusiyaya sarsıdıcı zərbə

Bayden adminstrasiyasından Rusiyaya sarsıdıcı zərbə






XƏQANİ CƏFƏRLİ



Məhv edilən A-50 kəşfiyyat təyyarələri - rus ordusunun gözü və qulağı




Rusiyada əlamətdar günlərdən hesab olunan 23 fevral bundan sonra rusların tarixinə fəlakətin rəsmiləşdiyi tarix kimi düşəcək.

Ukraynaya qarşı müharibənin ikinci ilinin tamam olmasına bir gün qalmış ABŞ Rusiyaya cəhənnəmin qapılarının taybatay açılması anlamına gələn sanksiyalar tətbiq etdi. Bu günə kimi Vaşinqton yüksək texnologiyaların beyni hesab olunan məlumatların (datalar) emalı mərkəzlərinə qarşı ciddi sanksiyalar tətbiq etmirdi. Putin Rusiya müxalifətinin lideri Aleksey Navalnını öldürməklə prezident Co Baydenin qırmızı xəttini keçdikdən sonra Vaşiqnton sarsıdıcı zərbəni endirdi. Bayden hələ üç il öncə xəbərdarlıq etmişdi ki, Navalnın həbsxanada ölməsi Rusiya üçün dağıdıcı hadisə olacaq. Putin bu xəbərdarlığa yalnız üç il dözə bildi.

Prezident Baydenin vədinə nə qədər əməl edəcəyini yoxlamaq cəhdi Rusiyaya çox baha başa gələcək. Rusiyaya qarşı bu günə kimi tətbiq edilmiş sanksiyaların ən ağırını işə salmaqla prezident Bayden vədinə əməl edəcəyini nümayiş etdirdi. Rusiya iqtisadiyyatının darmadağın edilməsinin qarşısını almaq mümkün olmayacaq.
Trampın hakimiyyətə gələcəyinə ümid bəsləyən və buna son nicat kimi baxan Putin müharibəni ən azı daha bir il davam etdirmək istəyir. Ancaq anlamır ki, Baydenin qarşıdakı 11 ay ərzində endirəcəyi zərbələrdən sonra Rusiyanı İsa peyğımbər zühur etsə də xilas edə bilməyəcək.

23 fevralda Rusiyaya qarşı ən ağır sanksiyalar tətbiq edən Bayden adminstrasiyası bunun yalnız başlanğac olduğunu bildirib.
Rusiya üçün 23 fevralın cəhənnəmin qapılarının taybatay açıldığını göstərən digər əlamət rus ordusunun malik olduğu bir neçə ədəd A-50 kəşfiyyat təyyarəsinin növbətçisinin məhv edilməsidir. Ukrayna Silahlı Qüvvələri son iki ay ərzində artıq Rusiyanın ikinci A-50 kəşfiyyat təyyarəsini məhv ediblər. Əgər bu sürətlə davam etsə Rusiya ordunun gözü və qulağı hesab olunan A-50 kəşfiyyat təyyarələrini payıza qədər tamam itirəcək.
Yaşasın Bayden!
Slava Ukraine!
24-02-2024, 16:08
Вернуться назад