İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb.
Tv 713. az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və XİN başçısı Hüseyn Əmir Abdullahianın olduğu helikopter bu gün qəzaya düşüb. Xilasedicilər hələ də qəza yerini tapmayıblar.