DataLife Engine / Avro - 2024: Türkiyə millisi ilk qələbəsini qazandı

Avro - 2024: Türkiyə millisi ilk qələbəsini qazandı






Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Türkiyə və Gürcüstan yığmalarının start heyətləri açıqlanıb.

Tv 713.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Mərt Günok, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Mərt Mülder, Arda Gülər, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kənan Yıldız, Barış Alpər Yılmaz.

Baş məşqçi: Vinçentso Montella.

Gürcüstan: Giorgi Mamardaşvili, Solomon Kverkveliya, Quram Kashia, Laşa Dvali, Otar Kakabadze, Anzor Mekvabişvili, Giorgi Tsitaişvili, Giorgi Qoçoraşvili, Giorgi Çakvetadze, Xviça Kvaratsxeliya, Jorj Mikautadze.

Baş məşqçi: Villi Sanyol.

***

Türkiyə - Gürcüstan matçı start götürdü.

***

Mərt Mülder matçın 26-cı dəqiqəsində Türkiyə millisini hesabda önə çıxardı: 1-0. 28-ci dəqiqədə də Türkiyə millisi fərqlənsə də, oyundankənar vəziyyət qeydə alındı.

***

Mikautadze 32-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

Arda Gülər 65-ci dəqiqədə uzaq məsafədən möhtəşəm zərbə ilə komandasının ikinci qolunu vurdu: 2-1.

***

Kərəm Aktürkoğlu matçın son saniyələrində Türkiyə millisinin üçüncü qoluna imza atdı: 3-1.

***

Türkiyə millisi Gürcüstan yığmasını 3-1 məğlub edərək qrupda ilk üç xalını əldə etdi.
18-06-2024, 22:32
Вернуться назад