Bu gün, 08.VIII.2024-cü ildə bir subyekt olaraq YARDIMLI rayonunun "doğum günü"dür.Əslində bu gün bizim Yardımlı rayonu ilə bərabər əksər rayonların da yaranması günü, belə demək mümkünsə, keçmiş qəza inzibatı aparatından qurtuluş günüdür. Çünki birbaşa paytaxt Bakıya tabe edilən hər bölgə müstəqil şəkildə öz plan-büdcəsi ilə irəliyə doğru tramplin yüksəlişi ilə inkişaf edib, sanki yenidən doğulub.
Goruna söydüyümüz Sovet dövləti balaca Yardımlı kəndini əvvəlcə qəsəbəyə, sonra da bu bazis üstündə Yardımlı şəhərinə çevirdi. İndi isə elə bil yenidən həmin dövrə qayıdır, belə davam etsə beş-on ildən sonra bu ərazilər yalnız vəhşi təbiətin bir oylağına çevriləcək...
Keçmiş Çar Rusiyasından miras qalan qəza sistemlı izibatı aparatın düz 94 il əvvəl Sovetlər tərəfindən sındırldığı gün! Etiraf edək, bu gün isə rayonumuz üçün tarixin təkərləri geri fırlanır.
İndi bizim Yardımlı rayonu sosial-iqtisadi inkişafda sanki ətalətdə. İşsizlikdən əziyyət çəkən kəndlərimiz boşalır, əhali başqa bölgələrə, xüsusən, mərkəzi şəhərlərə sürətlə miqrasiya edir. Kəndlərimizdə su qitlığından, əkinə yararlı torpağın azlığından və ya mal-qara saxlamağın çətinliyindən ailələr öz doğma ocağını qoyub qonşu rayonlara və ya mərkəzi şəhərlərdə məskun olmağa üz tuturlar. Kəndlərin sürətlə boşalması isə bu diyarın yiyəsiz qalması, əkin yerlərinin istehsaldan-dövriyyədən çıxarılması, ümumilikdə kənd təsarrüfatının iflası, habelə tədris-təlim, mədəniyyət, səhiyyə obyektlərinin ləğvi ilə nəticələncəyini göz önünə gətirsək, əlbəttə, vəziyyət olduqca həyacanlıdır. İndi yeni doğulan uşaqlara kimlik veriləndə onların doğulduğu məkan yazıldığını nəzərə alsaq, yaxın gələcəkdə Yardımlı adı çox nadir hallarda səslənəcək. Bəzi dövlətdən maliyyələşən qurumların regional idarəçiliyin tabeçiliyinə verilməsi heç də uğurlu olmadı. Mərkəzi Lənkəranda, Cəlilabada və ya Masallıda olan bu qurumların təmərküzləşməsi bizim Yardımlıdan olan həmyerlilərimizdən çox kadrların öz iş yerinin itirilməsi bahasına başa gəlir, həm də idarəetmədə çətinlik yaradılması heç kimə sirr deyil. Allah bu diyara öz köməyini əsirgəməsin!Məhz, həmin gündən sonra keçmiş adı Vərgədüz rayonu olan Yardımlı rayonunun Sovetlər dönəmində dirçəldiyi gündür bu gün. Əgər, tarixə nəzər salsaq, 1921 - 1930-cu illərdə Lənkəran qəzasının tərkibində Vərgədüz nahiyyəsində cəmi 4 yerdə ibtidai məktəb və bir klub olduğu halda, rayonumuz müstəqil olduğu ilk beş ildə, yəni 1935-ci ildə isə bir tam orta məktəb olmaqla, 44 ibtidai məktəb, 20-ə yaxın klub və kitabxana açılmışdı.Bu haqda yüzlərlə statistik rəqəm göstərmək olar...
(Mətni axıra qədər oxuyun, lazım olar!)
Əslində, rayonumuzun yaşını obrazlı desək, yaşı bir zaman poleolit düşərgəsi, neandertallar məskəni “Alar mağarası”ndan başlar. Hansı ki, həmyaşı olan Lerik rayonu ərazisində 130 min yaşlı “Buzeyir mağarsı”nın tayı. 5000 illik tarixdən xəbər xerən Peştəsər kəndində qədim yaşayış yerlərindən, Çiçəkli və yaxud Komani yaylağında 5000 əqdəmdən xəbər verən kurqanlardan, ilk orta əsrlər qədim Avaraq şəhərindən, Dədə Qorqud nişanəli Qaraca dağdan, Zərdüşt inanclı məbədlərin nişanəsini bağrında daşıyan Cüzünqaladan, “Alar Qız qalası”ndan, Babək oylağı Morandan, Ulu Teomandan xəbər verən Demandan və yaxud babamız Şah Xətaidən xəbər “Şahnişin zirvəsi”ndən başlar!İlk orta əsrlərdə və orta əsrlərdə bu diyarın hansı qovğalar gəlməyib ki?! XIII əsrdən Ərdəbilin bir vilayəti olub xanlıqlar dövrünə qədər başı nələr çəkməyib ki?! XIX əsrin əvvəlində Urus köpək oğlu gəlib Böyük Azərbaycanı iki yerə böləndə ərazimzin yarısı o tayda, yarısı bu tayda qaldı. Bu yurdun bir qardaşı o tayda-cəmi 25 km-də Ərdəbildə, bir qardaş da bu tayda Sivdaş və Pornaimdə dad etməklə günü vayla keçdi.Əslində, Böyük Vətənin düz ortasında olan taleyimizə Şimalı Azərbaycanın ucqarı düşdü. Çar üsuli-idarəsinin yeni ərazi bölgüsü ərazimizin yarısını mərkəzi Prişib olmaqla Sebican, yarısını isə Zuvand olmaqla 3-cü polis nahiyyəsində Lənkəran qəzasına tabe etdirildi.1917-ci ildə orus padşahı çar II Nikolay devrildikdən sonra azadlığa çıxmaq uğrunda arzularımız cücərdi.
Elə həmin ildən may 1921-ci ilə kimi diyarımızda “dərəbəylik illəri” oldu. Bir az azadlıq, bir az da anarxiya illəri oldu. Milli ADR hökumətinin qoşunları yalnız 1919-cu ildə zastavalarda hakim oldu. Sevinirdik, çünki özümüzün milli hökumətimiz var idi. Amma nə yazıq ki, 1921-ci ilin yazında əli qırmızı qana batmış qırmızı bolşeviklərin bu diyarı da ilhaq etməsi ilə azadlıq arzularımız düz 70 il içimizdə boğuldu. Milli hökumət dövründə azadlığın nə olduğunu bilən oğullarımız “beşatılan”la bolşeviklərlə dirənişə başladı. Qüvvələrin qeyri-bərabər olduğunu duyan, ərazimizdə artıq 1917-ci ildən bəri lider kimi tanınan vərgədüzlü Səməd bəy Bağır oğlu Quliyev Şura hökuməti ilə danışığa getdi. Dirənişçilər sılahı yerə qoyub əməkdaşlığı qəbul etdi. Çünki toplu-tüfəngli Sovetlərə qalib gəlmək mümkün deyildi. Bu qısa zamanlı döyüşdə sakinlərimizdən çoxlu qurbanlar verilmişdi. Amma igid oğullar: bərcanlı Həsən bəy İsa bəy oğlu, honubalı “Güdələr birliyi”, yolocaqlı Kamil, çanaxbulaqlı Heydər və Perimbel camaatından bir çox qoçaq oğullar, digərləri düz on il azadlıq meylləri ilə müqaviməti dayandırmayıb mübarizə apardılar. Bolgəmizdə bolşeviklər tərəfindən ilk əvvəl hərbi inqilab komitəsinin sədri Səməd bəy Quliyev təyin olundu.Səməd bəyin doğma kəndinin adı ilə 1921-ci ilin ortalarında Vərgədüz dairəsi(nahiyyə.) yaradıldı.Bu nahiyyəyə indiki Yardımlının şimalı Sebican nahiyyəsində olan Arus icmasına daxil olmuş bütün kəndlərimiz, habelə Zuvanda tabe olan Sivdaşda və Pornayimdə olan bütün kəndlərimiz vahid bir bölgədə-Vərgədüz dairəsində tam oldu.Yəni, Vərgədüz dairəsi yarandı.Bu dairə Lənkəran qəzasına tabe idi.Dairənin də icrakomu Səməd bəy Quliyev seçilmişdi.Dairənin əvvəl mərkəzi Vərgədüzdə, sonra isə indiki Sırıq kəndində idi.1926-ci ilin ortalarına qədər, yəni Səməd bəyin müsavat keçmişinə görə tutulub güllələnə qədər dairənin mərkəzi Sırıq kəndi olmuşdur.Bundan sonra dairənin mərkəzi Köryədi kəndinə köçürülməsi qərara alınsa da, burada su olmadığı üçün əvvəllər bu icmanın tərkibində olan balaca Yardımlı kəndinə köçürülməsinə qərar verilıb. 1927-ci ildən bir rayon mərkəzi üçün kifayət edəcək su və ya relyev resursu ilə qənaətbəxş olan Yardımlı kəndi dairə mərkəzi rolunu oynayır.Amma dairə əvvəlki kimi Vərgədüz dairəsi adlanır və Lənkəran qəzasına tabe idi.Bu dairənin tərkibinə 107 kənd daxil idi, halbuki indi 86 kəndimiz var. Bəzi məlumatlara görə kəndlərimiz dah çox idi. Çünki indiki Lerik rayonun bir çox kəndləri o zaman Vərgədüz dairəsinin icra sütrukturlarına tabe idi.
Düz 88 il əvvəl bu gündə 08 avqust 1930-cu il tarixli Azərbaycan SSR XKS MİK-nin “Azərbaycanın rayonlaşdırılması haqqında “qərarı ilə Lənkəran qəzası ləvğ olundu.Qonşu Zuvand dairəsi də adı dəyişdirilib mərkəzi Lerik kəndi olmaqla Lerik rayonu, o cümlədən bizim mərkəzi Yardımlı kəndi olmaqla birbaşa mərkəzə-Bakıya tabe olan Vərgədüz rayonu yaradıldı.1931-ci ildən Vərgədüz rayonuna başqa rayonlardakı kimi dövlət kapital qoyuluşu ilə yolun çəkilməsi, sosial və inzibatı binaların tikintisinə, habelə təhsil-mədəniyyət obyektlərin açılışına başlanılır və müstəqil icra aparatı formalaşır. Bölgəmizin müstəqil rayon kimi yaranmasının o zaman böyük tarixi əhəmiyyəti var idi. Lənkəran qəzasından asılılığın ləvğ edilməsi rayonumuz üçün böyük əhəmiyyəti olur, rayonumuzun həyatında dönüş yaranır.Təsəvvür edin 1930-cu ilə qədər Vərgədüz rayonunda cəmi dörd yerdə məktəb olduğu halda, 1935-ci ildə rayonun bütün kəndlərini bir şəbəkədə birləşdirən 44 ibtidai, bir orta məktəb, 20-dən yuxarı mədəniyyət müəssisəsi olan qadın və kişi klubu, bir o qədər kitabxana açılmışdı.1936-cı ildə mərkəzi xəstəxana,1937-ci ildə Masallı-Yardımlı avtomobil şosse yolu istifadəyə verilmişdir. 1927-ci ildən rayon mərkəzi olan Yardımlı kəndinin əhəmiyyəti Vərgədüz rayonun həyatında xüsusi rol oynadığına görə 19 iyun 1938-ci ildə yenidən Azərbaycan SSR XKS MİK-nin qərarı ilə bir çox rayonların təşkili və adı dəyişdirilnməsi ilə bizim də rayonun adı dəyişdirilib indiki Yardımlı rayonu adlanmışdır.
Şura hökumətinə qarşı olan bir çox kəndlərimizə divan tutulmuş, hətta bir çox kəndlər köçürülüb yerlə yeksan edilmişdir.1937/38-ci illər repressiya dövrü bizim rayondan da yan keçməmiş, çox sakinlərimiz xüsusən, ziyalılardan və məşhur din xadimləri repressiyaya məruz qalmışdır.1938, 1944, 1952, 1953-cü illərdə 30-dan yuxarı kəndimiz deportasiyaya məruz qalmış, çoxu tarix səhnəsindən silinmiş və onlardan bir qismi yenidən bərpa edilmişdir.Rayonumuzun ərazisi əhalinin artımı ilə son göstəricilərdə əhalinin hər kvadrat km-ə ən sıx rayonlardan biridir.1966-cı ildə Yardımlı rayonunun meşə zolağından 1000 ha-dan çox sahə meşə fonduna bağışlanmaq adı ilə qonşu Masallı rayonun ərazisinə qatılmışdır.(Masallı-Yardımlı avt.yolunun 15-ci km.”Əli körpüsü”-nə qədər.)Keçmiş SSRİ-nin çöküşü ərəfəsində bu düşərgədə ilk dəfə olaraq milli azadlıq hərakatında Azərbaycan SSR vətəndaşları da var idi, çünki qırmızı imperiayanın yarandığı gündən yüksək vəzifələri tutan mənfur ermənilər zaman-zaman torpaqlarımızı ələ keçirmiş, bu azmış kimi Qarabağın da dağlıq hissəsini ələ keçirməyə cəhdlər etmişdi.Bu isə Azərbaycan xalqının səbrini coşdurmuş və keçən əsrin 80-ci illərin sonunda daima müstəqilliyə can atan xalqın azadlıq duyğusunu sirkələmişdi. Məhz, o zaman Yardımlı camaatından olan igidlər də bu hərakata qoşulmuşdu.1988-ci ildən başlayaraq Yardımlı əsilli tələbələr və ya ziyalılar paytaxtdan, o cümlədən dogma Yardımlıdan olan fədailər erməni təxribatlarının qarşısını almaq üçün Qarabağa yola düşür, orada olan təxribatçılara qarşı əsl dirəniş, qəhrəmanlıq nümunəsi göstərirdilər. Ermənilərin hücumuna məruz qalan Qubadlının harayına ata-baba ov tüfəngi ilə yola düşən 46 Yardımlı sakinlərinin adı hələ də tariximizə qızıl hərflərlə yazılıb. Meydan hərakatına yaxından maddi və mənəvi dəstək verən Yardımlı camaatının o zamankı milli qeyrəti indi də hər bir sakinimizdə qürur hissi oyadır.
SSRİ-nin çöküşündən sonra Azərbaycanın suverenliyi uğrunda Yardımlı camaatından minlərlə igidlər I Qarabağ savaşına yola düşdü, ilk şəhidlər verdik. Daima Sovetlərin maliyyə dotasiyası ilə social-iqtisadi inkişafı tənzimlənən bu ucqar mahal həmin o keçid illərində olduqca çətinliklərlə üzləşməli oldu. Bir tərəfdən müharibənin fəlakətləri, digər tərəfdən də, Azərbaycanın bu müstəqilliyini istəməyən qonşu dövlətlərin ekspansiya siyasətinin təzahürləri Yardımlıda da camaat üçün dözülməz vəziyyət yaratmışdı.Amma camaatımız hər şeydə mərd çıxıb müstəqil Azərbaycan üçün hər şeyini qurban verməyə hazır idi və əməlində də sübut etdi. İ Qarabağ savaşında və atəşkəsdən sonra 80-ə yaxın, başqa bölgələrə məcburi köçkünlərdən nəzərə alsaq 100-ə yaxın Yardımlı əsilli şəhidi var.
Doğma rayonumuza mərkəzin diqqəti yalnız müstəqilliyimizdən keçən 14 ildən sonra, ilk dəfə rayonumuza Azərbaycan prezidenti İlham Əliyevin 9 sentyabr 2005-ci ildə səfərindən sonra mümkün oldu.Bu zaman Masallı-Yardımlı yolunun yeni asfalt örtüklə inşası, bazar kompleksinin inşası, əsaslı təmir olunan yeni uşaq bağçasının açılışı, Yardımlı tikiş və xalça sexinin açılışı ilə yadda qaldı. Prezidentin 2005-ci ilin oktyabrın 25-də olan 2-ci səfəri də uğurlu oldu. Yardımlı qəsəbəsinə ilk dəfə olaraq mavi yanacaq verildi, habelə yeni sosial və inzibatı binaların açılışı oldu. 2013-cü ilin sentyabrın 12-də Prezidentin Yardımlıya 3-cü səfəri də əlamətdar oldu, ilk dəfə böyük layihələrə- Yardımlı şəhəri üçün su-kanal layihəsinə start verildi, yeni muzey mərkəzi istifadəyə verildi, Yardımlı-Hamarkənd-Abasabad avtomoli yolunun əsaslı təmirdən sonra açılışı oldu, 110 kilovoltluq yeni Yardımlı Elektrik Xəttinin açılışı və bir çox yeni bina və abadlıq işləri, park-istirahət mərkəzlərinin, yeni “Yar su” brendi ilə müxtəlif su və ya meyvə şirələri istehsal edən sexin fəaliyyətə başlaması, 30-a yaxın tam orta və ya orta məktəblər üçün yeni binaların inşası, ümumilikdə rayonda bir canlanma ilə yadda qaldı. 2014-cü ildə Yardımlı-Deman Arvana avtomobil yolunun açılışı, 2015-ci ildə yeni Polis binasının açılışı, 2018-ci ildə Su-Kanal layihəsinin tam şəkildə istifadəyə verilməsi, 2020-ci ildə Yardımlı İdman Kompleksinin istifadəyə veilməsi, Yardımlı-Vərgədüz, Yardımlı-Bürzümbül yeni asfalt yolunun açılışı, 2019-cu ildə Cəlilabad-Yardımlı avtomobil yolunun yeni təmirlə açılışı, Yardımlı Aqrar-Sənaye mərkəzinin yeni binasının açılışı bütün bunlar Yardımlı camaatı üçün əsl hədiyyə idi və Prezident İ.Əliyevin Regionların İnkişaf Proqramının rayonumuzda təzahürü idi.
Yardımlı camaatı 44 günlük Vətən Savaşında da öz fədakarlığını I Qarabağ savaşında olduğu kimi göstərdi. Müharibə başlamazdan əvvəl yüzlərlə oğul erməni təxribatının qarşısını almaq üçün könüllü Milli Orduya yazıldı və müharibə başlayan kimi də hamı komissarlığa könüllü yola düşmək üçün axışdı. Müharibədə 30-dan çox igid oğlunu şəhid verdi, onlarla oğulu qazi oldu.Cənub mahalında ilk dəfə Yardımlı camaatı müharibə başlayan kimi arxa cəbhə kimi camaatımız döyüşən cəbhəyə ərzaq, isti paltar, alt geyim, məişət ləvazimatları, çadır, ədyal, avtomobil şini və s, hətta pul-para ilə kömək etmək kampaniyasına başladı, müharibə sona çatandan sonra da bu kömək davam etmişdir.Bu haqda kifayət qədər dəillər qürurvericidir. Müharibədə döyüşən igidlərimizin çoxlu orden və medallara təltif olunması, habelə bir nəfərə şəhidliyindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adının verilməsi Yardımlı camaatının qürur yeridir.
Hazırda Yardımlıda 86 kənd və 1 şəhər mövcuddur. Paytaxt Bakıdan rayon mərkəzinə olan məsafə 286 km, son məlumata görə əhalisinin sayı 67000 nəfərdir.
Allah bu diyara öz köməyini əsirgəməsin!
Amin!
Əli Mirəzəlioğlu