Qardaş Türkiyədə meşə yanğınının söndürülməsinə dəstək verəcəyik.
Tv713.az xəbər verir ki, bunu jurnalistlərə açqlamasında FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin kapitanı Nizami Qəhrəmanov deyib.
“Bildiyiniz kimi qardaş Türkiyənin İzmir şəhərində meşə yanğınları baş verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi də Türkiyədə yanğının söndürülməsinə dəstək verəcək”.